Türkiyə Hava Yollarının 32 yaşlı satış müdiri Bakıda öldü

Türkiyə Hava Yollarının əməkdaşı Bakıda dünyasını dəyişib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.

1986-cı il təvəllüdlü Caner Erdemin yaşadığı Xətai rayonu, Sabit Orucov küçəsi, 1188-ci məhəllə, ev 17 c, 596 nömrəli evdə vəziyyəti qəfil pisləşib. C.Erdem qısa müddət ərzində ürək çatışmazlığından dünyasını dəyişib.

O, Türkiyə Hava Yollarının satış müdiri vəzifəsində çalışırmış.

Hadisədən sonra C.Erdemin meyiti Türkiyənin Azərbaycandakı Səfirliyinin nümayəndələrinin iştirakı ilə müayinə olunmaq üçün ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müstəqil.Az

mersin escort