Masallıda DAİM açıldı

Bu gün Masallıda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf Mərkəzinin ( DAİM) açılışı olub.

 

Modern.az xəbər verir ki, mərkəzin açılışında kənd təsərrüfatı naziri İnam Kərimov iştirak edib.

 

O bildirib ki, məqsəd bütün kənd təsərrüfatı xidmətlərinin vahid bir mərkəzdən göstərilməsidir :

 

“Mərkəzdə Kənd Təsərrüfatı Nazirliyinin 68 xidməti təqdim olunur. Əsas məqsəd fermerlərə və kəndlilərə xidmət göstərməkdir. Sloqanımız da belədir: daim xidmətinizdəyik”.

 

Nazir həmçinin əlavə edib ki, 3 il ərzində 10 minə yaxın könüllərdən ibarət proqramın icrası planlaşdırılır:

 

“Hər bir DAİM mərkəzində könüllülər fəaliyyətə başlayıb. Onların məqsədi yerlərdə fermerlərə dəstək olmaqdır. “Aqrar sığorta haqqında” qanun layihəsi müvafiq qurumlara təqdim edilib”.

mersin escort