Goranboyda su mafiyası

Goranboy rayonunda sünü şəkildə su qıtlığı yaradılır.

Bu haqda Müstəqil.Az-a rayonun Borsunlu kəndindən olan fermer İmamqulu Borsunlu deyir:

“Onun dediklərindən məkum olur ki, Goranboy rayon suvarma sistemləri idarəsinin rəisi Gunduz Bagırov subartezian quyularının istismarı idarəsinin rəisi Rauf Teyyubov və Borsunlu kənd sudan istifadə edənlər birliyinin sədri Xəlil İlyasov barəsində Melorasiya və su təsərufatı ASC-nin sədri Əhməd Əhmədzadəyə dəfələrlə şikayət ərizəsi gondərsə də bunun hec bir nəticəsi olmayıb. Gorəsən cənab prezidentin kənd təsərufatına belə diqqət ayırdıgı bir zamanda dovlət başçısının aqrar siyasətinə qarşı cıxmaqda məqsəd nədir?” – deyən kəndlilər onu da xususi olaraq vurğulayır ki, bir hektar torpaq sahəsini suvarmaq ucun 20 manat pul ödəməliyik ki, bunu da edirik. Baxmayaraq ki, bu ödənişə görə bizə heç bir qəbz verilmir, lazım olan  suu da  vaxtında verilmir. Buna görə də məhsuldarlıq aşagı düşür”.

Kənd əhli və yaxın ərazilərdə əkinçiliklə məşğul olanlar onu da qeyd edir ki, adları çəkilən şəxslər tərəfindən dövlət  əmlakı da amansızlıqla  talanır:

“Vaxtılə dünya bankından ayrılan küllü miqdarda vəsait talanıb, Bu problem illərdi davam edir ancaq buna əlac edən yoxdur ki yoxdur.Borsunlu kənd sudan istifadə edənlər birliyinin sədri Xəlil İlyasov deyir ki, gedin hara istəyirsiz şikayət edin, mən yuxrıların, icra başçısının haqqını verirəm və bu cür də işləyirəm. Azərbaycanda kimi tutublar ki, mənə də nə işə desinlər. Melorasiya və su təsurufatı ASC də daydayım var mənə heç kim dəyməz, başınzı ağrıtmayın.

Bir sözlə Borsunluda kənd təsərufatı qəsdən məhv edilir. Cənab Prezidentdən   kömek  gozləyirik, deyən fermerlər onu da əlavə edir ki, təkcə bizim kənddə 2.500 hektar əkinə yaralı sahə var ki, ildə iki dəfə suvarmaq üçün hər hektara görə 20 AZN ödənilir. Görəsən qəbzssiz alınan və əvəzinə su verilməyə bu 50.000 məbləğində pullar hara gedir?
Müstəqil.Az

P.S. Müstəqil.Az qarşı tərəfin də söz haqqını tanıyır

 

mersin escort