Azərbaycan təhsilində və ədəbiyyatında ağır itki…-Professor Əjdər Ağayev dünyasını dəyişdi…

Müstəqil.Az bildirir ki,Azərbaycan Təhsil Şurasının fəxri sədri, tanınmış təhsil eksperti,pedaqoq,görkəmli alim,professor Əjdər Ağayev 81 yaşında dünyasını dəyişib.
Ə.Ağayev bu gün səhər saatlarında ürəktutmasından vəfat edib.
Qeyd edək ki, Əjdər Ağayev 1937-ci il oktyabrın 10-da Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olub. Əmək fəaliyyətinə Salyan rayonu məktəblərində müəllim kimi başlayıb (1960-1965). “Azərbaycan məktəbi” jurnalının və onun əlavə nəşr edilən məcmuələrinin baş redaktoru olub (1974-1981).
Təhsil Nazirliyi nəzdində pedaqogika və psixologiya elmləri üzrə Elmi-metodiki şuranın sədri, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasında pedaqogika və psixologiya elmləri üzrə ekspert komissiyası sədrinin müavini olub.
Bədii yaradıcılığa keçən əsrin 50-ci illərindən başlayıb. İlk hekayəsi “İlk və son mahnı” 1956-cı ildə “Azərbaycan pioneri” qəzetində, “Bir də çal o mahnını” adlı ilk şeiri isə 1957-ci ildə “Azərbaycan gəncləri” qəzetində çap olunub. 200-dək şerinə mahnı bəstələnib.
Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.
Akademik Mehdi Mehdizadə adına mükafatın və “Araz” ali ədəbi mükafatın laureatıdır. Azərbaycan Təhsil Şurasının sabiq sədridir.
Allah rəhmət eləsin!

 

mersin escort