Astarada ağır qəza: ÖLƏN VAR

Astara rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, dünən saat 19 radələrində rayonun Pensər kəndində Nahid Əbilov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyadanı vurub. Nəticədə ağır xəsarət alan, rayonun Maşxan kənd sakini 48 yaşlı Rafiq Teymurov ağır xəsarətlər alıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

mersin escort