Xan Lənkəranın  qızılı payızı-foto-etüd.

Xan Lənkəranın  qızılı payızı-foto-etüd.

Ömrün payızını yaşayanlar- təbiətin sirli-sehirli  payız fəslini bütün rəng çalarları ilə, necə varsa, olduğu kimi, təbii donunda görmək, bu ovqatı  içdən yaşamaq,  qızılı-qırmızı  payız nağılında ötənlərə-şıltaq, qayğısız uşaqlığınıza, min arzulu yeniyetməlik çağlarınıza, kövrək xatirələr dolu  gəncliyinizə qayıtmaq  istəyirsinizsə, yolunuzu Xan Lənkərandan salın.

Həyat hələ qabaqdadır deyən gənclər, yeniyetmələr- siz də bu məqamı qaçırmayın.Ömrünüzə qızılı xatirələr hədiyyə edin. Gecikmədən, vaxtı qaçırmadan-“qanadlı bir quşdur fürsət əzəldən” deyimini unutmadan.

Yurdum olduğu üçün demirəm, doğrudan da, payız heç harda Lənkərandakı kimi  belə füsunkar, ecazkar olmur. Lənkəranın  payzı bir ayrı aləmdir. Sitrus bağlarının  sapsarı narıngili, portaxallı mənzərəsini Talış meşələrinin qızılı görünüşü tamamlayır.Bu ilahi mənzərədə sirli-sehirli, ovsunedici bir cazibə, havada isə ilahi bir rayihə  var-göz baxdığından doymur, ürək bahar təravəti ilə döyünür,  könül bu yerlərdən ayrılmaq istəmir.  Bəlkə elə buna görə payızı ilin heyran edici son təbəssümü adlandırırlar.

Payız gəzintisinə bütün cənublular üçün əziz olan xan Lənkəranın tanıtımı, simvolu olan Xan sarayından başlayın.Təkcə ətrafdakı gözəl mənzərədən zövq almaq üçün  yox, həm də kimliyinizi bilmək, dəyərləndirmək üçün.

…Adətən payızdan söz açanda sövq-təbii ilə üşüyür, qəlbimizdən soyuq gizilti keçir.Lənkəranda isə əksinə.Niyəsini bilməsəm də, cənub təbiətinin payızında da bir təravət var.Od rəngli yarpaqlardan, ayaqların altındakı xəzəldəın   istilik , hərarət alırsan elə bil…

Payız nağılımın  davamını  şəkillər danışacaq.Elə  ovqat var ki,  onun təsvirində söz acızdir, göz gərəkdir baxmağa.Payız Nağılımın  sonunda  İzləyicilərimə  alma yox, qızılı narıngilər, portaxallar, limonlar olacaq hədiyyəm.Kim tez gəlsə, ona düşür.Xan Lənkəranın bu dəfəki qızılı  növrağını, toy-büsatlı, bol-bəhrəli çağını -payızını qaçırmayanlara!.

Esmira İsmayılova-Lənkəran.

FOTOLAR:

mersin escort