Heç gözəl deyilmiş böyümək, ana – Səadət Qərib

SEVGİYLƏ YAŞAMAQ
 
Bir vaxt qonağıydın xəyal dünyamın,
Bu gün ürəyimin sahibi oldun.
Sevgi daşlarından süzülüb gəlib,
Axıb damla damla qəlbimə doldun.
 
Ürəyim sevgisiz olmuşdu xəstə,
Sən təbib donunda çatdın hayıma.
Hicrana baş əyib, can verən zaman,
Vüsalı bəxş etdin ömür payıma.
 
Xəzana tuş gəlmiş sevgi bağımda,
Eşqinlə açıldı solan güllərim.
Hərarət gətirdin donmuş ruhuma,
İsindi ovcunda soyuq əllərim.
 
Mənimçün əlçatmaz arzuydun ancaq,
Arzumun çin olan vaxtıdır indi.
Səninlə yan – yana əyləşdiyimiz,
Məhəbbət şahının taxdıdır indi.
 
Səni tanıyandan anladım bunu,
Ən gözəl duyğudur sevmək, sevilmək.
Ən böyük xoşbəxtlik budur həyatda,
Sevgiylə yaşamaq, sevgiylə ölmək.
 
 
Nə gözəlmiş ilahi sevib, sevilmək,
Sevdiyin biriylə bir ömür sürmək.
Baxıb gözlərinin dərinliyinə,
Əbədi sevginin özünü görmək.
 
 
GÖZƏL DEYİLMİŞ
Uşaqkən böyümək üçün can atdım,
Qəlbimdə min arzu, min dilək, ana.
Ancaq böyüdükcə dərd də böyüdü,
Heç gözəl deyilmiş böyümək ana.
Uşaqkən yaramız tez qapanırdı,
Bilməzdim böyümək bu qədər acı.
Ana sevgisiylə tez sağalırdı,
Hər dərdin uşaqkən vardı əlacı.
Uşaqkən gözlərdim doğum gününü,
Olmazdı kədərim, olmazdı dərdim.
Hopardı zehnimə o gözəl anlar,
Kiçik oyuncağı dünya bilərdim.
Yenə oynasaydım uşaq oyunu,
Eşqin atəşindən uzaq olardım.
Qaçıb oyunundan qanlı fələyin,
Dünyadan doyunca ləzzət alardım.
Gülərüz qız idim, dərdsizdim,ana,
Bilməzdim xoşbəxtlik çox az sürəcək.
Gözlərim yanırdı həyat eşqiylə,
Hələ xəbərsizdim həyat üzəcək.
Elə bilirdim ki, böyümək gözəl,
Axı bilməz idim qəlb sarsıntısı.
Sanmışdım hər zaman seviləcəyəm,
Mənə qismət oldu eşq qırıntısı.
Tələsdim beləcə böyümək üçün,
Uşaqlıq çağına dönmək istərəm.
Yenidən dünyaya gələrsəm əgər,
Bir daha böyümək heç istəmərəm-
Heç gözəl deyilmiş böyümək, ana!
 
ÜRƏYİM XƏYANƏT ETMƏYƏCƏKDİR
 
Sevgini yaşadan ürəyim idi,
Nə şeir, nə qələm bacarmaz bunu.
Sevgim bahar idi, qoruyammadin-
Vahiməli qişa çevirdin onu.
 
De, necə deyim ki sevirəm səni-
Fəqət, bir zamanlar sevdim, dedim də,
Nə etdin bilmirəm ürəyimlə sən,
Qəlbimi lal etdin, dil açan yerdə.
 
Dəyiş daha yolun, öz yolunla get!
Daha haqqın da yox məni sevəsən.
Buz qatı yığılıb qəlbimə lay- lay,
O buzun altında donan sevgim, sən…
 
Çiçəklər de solar , quruyar bir gün
Olsa da bu eşqin ömrü çiçək tək.
Ürəyim xəyanət etməyəcəkdir-
Fələk varlığımı məhv edənədək!
 
mersin escort