Teleaparıcı Lətafət Ələkbərovaya Türkiyədən iş təklifi gəlib.
Bu haqda musavat.com-a teleaparıcı özü məlumat verib.
O, bildirib ki,  artıq bir neçə iş təklifi alıb: “Bu ilin əvvəlində Türkiyədə “İlin başarılı aparıcısı” adına layiq görüldüm. Ondan sonra mənə qarşı maraq artdı. Bir neçə iş təklifi almışam. Düşünürəm,  özüm üçün ən yaxşısına qərar verəcəyəm. Çünki öz vətənimdə də iş təklifləri var. Türkiyədə yaşamağı gözə alsam, təkliflərdən birini qəbul edəcəyəm. Xeyirlisi nədirsə, o olsun”.
Yeni fotosessiyasını bölüşən teleaparıcı foto çəkdirməyi sevdiyini deyib.
Qeyd edək ki, Lətafətin fotolarını fotoqraf Niko Abbasov çəkib. Onun imici üzərində vizajist Nigar İbrahimova çalışıb.