Ermənistanda çörək qıtlığı… – Gürcüstandan qonşusuna ağır zərbə

2019-cu il 1 yanvar tarixindən etibarən Gürcüstan vasitəsi ilə Rusiyadan Ermənistana taxıl idxalı dayandırılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Cənubi Qafqaz Dəmir Yolları QSC-nin yaydığı bəyanatda bildirilib.

Bəyanatda bildirilib ki, buna səbəb göstərilən tarixdə Qafqaz-Poti-Qafqaz xətti üzrə bərə marşrutu öz fəaliyyətini qeyri-müəyyən vaxtədək dayandıracaq.

Marşrut üzrə hərəkətin nə vaxt bərpa ediləcəyi tarixi barədə məlumat verilməyib.

Artıq bununla bağlı rəsmi Tiflisdən İrəvana xəbərdarlıq edilib. Ermənistanın Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məsələnin şərhindən imtina edib.

Nazir müavini Armen Pambıqçıyan Baş nazir Nikol Paşinyanın məsələyə aydınlıq gətirəcəyini bildirib.

mersin escort