Bu virus Kataloniyada da yayıldı

Bu yaxınlarda Kataloniyada bütün İspaniya üzrə altıncı dəfə Denge virusuna lokal yoluxma faktı qeydə alınıb. Modern.az xəbər verir ki, qızdırmanın yayıcısı pələng ağcaqanadı bütün Aralıq dənizi sahilləri boyunca məskunlaşıb. Buna baxmayaraq, yoluxma nadir hallarda baş verir.

 

Söhbət xəstəliyin yüngül formasından gedir. Kataloniya Səhiyyə Şurasının məlumatına görə, barselonalı gənc hələ oktyabrın ortalarında xəstələnib, lakin indi tamamilə sağalıb. Xəstəliyin əlamətləri ümumi halsızlıq, yüksək hərarət, güclü baş ağrıları və üzdə yaranan, sonra bütün bədənə yayılan sərkilərdir.

 

Kataloniyada qeydə alınan yoluxma faktı İspaniyada Denge qızdırmasına altıncı lokal yoluxma nümunəsidir. Əvvəlki faktlar da elə oktyabr ayında Mursiya və Kadis şəhərlərində qeydə alınıb.

 

Pələng ağcaqanadı bütün Aralıq dənizi sahilləri boyunca yayıldığına görə Fransada (ilk dəfə 2010-cu ildə) və İtaliyada da lokal yoluxma halları olub. Kataloniyada belə hadisə ilk dəfədir qeydə alınır.

mersin escort