”BİZ İNSANLARI ÖLDÜRMÜRÜK! BİZ İDEYALARI ÖLDÜRÜRÜK!!!” – İBRAHİM RÜSTƏMLİ

“Dolu” filminin məşhur aktyoru, “Drakon” obrazını canlandıran Rza Rzayevin qalmaqal yaşadığı 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevi döyməsi son günlərin ən ciddi müzakirə mövzularından biridir. Məsələ ilə bağlı cəmiyyətdə, media, eləcə də sosial şəbəkələrdə müxtəlif yanaşmalar, rəylər irəli sürülür. Bu hadisəyə görə, kimi aktyora , kimi isə məktəb direktoruna haqq qazandırır. 
Biz də Müstəqil.Az  olaraq məsələnin ciddiliyini nəzərə alıb, ekspert İbrahim Rüstəmlinin  “Sherg.az-a verdiyi açıqlamanı yayınlayırıq.
Ekspert İbrahim Rüstəmli”Sherg.az”a bildirib ki, hər halda, bu, ən azı ədalət məhkəməsi müstəvisində həllini gözləyən fərdlərarası konfliktdir:
“Məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığı və bu zaman hadisələrin qəsdən küçə “razborkası” səviyyəsinədək endirildiyi bir vaxtda sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində əvvəlcədən yanlış ictimai rəy formalaşdırmaq və bu məqsədlə baş verənlərin günahını Təhsil Nazirliyinin üzərinə atmaq hadisənin miqyasını bilərəkdən böyütmək məqsədi daşımırmı?!
Əgər sizin Azərbaycan təhsilinə kömək etmək fikriniz yoxdursa, lütfən, gedin öz kolbanızda asqırın.
Təhsil Nazirliyi bir millətin ən böyük ümidi, istinad nöqtəsi, güman yeridir. Təhsil millətin gələcəyidir. İtirdiyiniz nüfuzunuzu bu önəmli institutun nüfuzunu aşağılamaqla yenidən bərpa etmək məramınız heç bir əxlaq kodeksinə sığmır. Çünki gələcəyimizi şərtləndirən ən elitar müəssisəni ən elementar üsullarla gözdən salmaq niyyətiniz indiki məqamda sabahımızı şübhə altına almaq anlamına gəlir. Bu anlamda siz və sizin kimilər dünyanın ən məşhur cinayətkarının iddia etdiyi son dərəcə təhlükəli bir missiya ilə ortaq mövqeyi bölüşürsüz: ”Biz insanları öldürmürük! Biz ideyaları öldürürük!!!”
Azərbaycan balaca ölkədir, burada hamı bir-birini yaxşı tanıyır. Bir vaxtlar Mikayıl Cabbarova qarşı başladılan səlib yürüşünü indi yeni nazirə yönləndirmək cəhdiniz növbəti bir qara piar kampaniyasının ilk akkordları kimi yadda qalır, tərəfimizdən iyrənc addım kimi xarakterizə olunur. Onsuz da Azərbaycan insanı vaxtilə külli miqdarda rüşvət hesabına “yoluna qoyulan” təhsil problemlərinin bu gün şəffaf şəkildə həllinə inanmaqda çətinlik çəkir, şübhə və tərəddüd içində vurnuxur, rüşvət verməyə çalışır. Çünki zaman-zaman təhsilimizin üstünü qara bulud kimi alan neqativ hallar daha çox kütləviliyilə yaddaşımızda “at oynadır, meydan sulayır” və cəmiyyətin bir qism sadə nümayəndələrini öz təsiri altında saxlayır.
Görünür, bu islahatları həyatımıza adi norma kimi etap etməkdən, fərdlərin korlanmış təsəvvürlərini “yumaqdan” və bu təsəvvürləri öz məkrli niyyətləri üçün vasitəyə çevirmək istəyənlərdən xilas olmaqdan ötrü hələ bir qədər də zamana ehtiyac var. Ancaq bunun üçün xüsusilə kütləvi informasiya vasitələrini Təhsil Nazirliyilə orta məxrəcdə birləşdirən ümummilli maraqlar yenidən müzakirə süzgəcindən keçirilməli, mövqelər müəyyənləşdirilməli, hədəflər dəqiq koordinasiya olunmalıdır. Əks-təqdirdə hər yerindən duran Təhsil Nazirliyinə, təhsil nazirinə bir daş atacaq. O daşların əsl hədəfi isə əslində bizim hamımızın sabahımız, gələcimizdir. Buna yol vermək olmaz!..
Xatırladaq ki, bir neçə ay əvvəl qohumunun işdən çıxarılmasına etiraz edən Rza Rzayev bu qərarını dəyişməsi üçün məktəbə gedərək direktorla mübahisə edib. Hadisə 175 nömrəli məktəb-liseydə baş verib. Belə ki, təhsil müəssisəsinin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra özünü Zeynəb Rzayevanın qardaşı kimi təqdim edən Rza Rzayev direktorun yanına gələrək məsələni “həll eləməyə” çalışıb. Amma ortaya xoşagəlməz mənzərə çıxmışdı. “Drakon” məktəb direktorunun ünvanına nalayiq ifadələr səsləndirib. Bütün bu olanlar direktorun xidməti otağında açıq şəkildə quraşdırılmış video kameradan görüntülənib. Bu qalmaqal məhkəmə müstəvisinə çıxmış və tərəflər bir-birindən şikayətçi olublar.
Ayyət Əhməd
mersin escort