Azərbaycandan sonra Avstraliya da terrorçuları vətəndaşlıqdan çıxarmaq istəyir

Avstraliyanın baş naziri Skot Morrison parlamentə terrorçuluqda ittiham olunan şəxslərin vətəndaşlıqdan məhrum edilməsini nəzərdə tutan qanun layihəsi təklif edib.

Mövcud qanuna əsasən, hökumət ən azı 6 il həbs cəzası almış şəxsləri vətəndaşlıqdan məhrum edə bilər.

S.Morrison bildirib: “Biz bu tələbi ləğv edəcəyik, şəxs yalnız terrorçuluqda ittiham olunduğu halda tətbiq edəcəyik. Qanunun bu formulu qeyri-realdır, günün tələblərinə cavab vermir və hazırkı təhdidi əks etdirməlidir”.

Xatırladaq ki, noyabrın 9-da Melburnda bıçaqlı kişi polisə hücum edib. Hadisə nəticəsində bir nəfər ölüb, ikisi xəsarət alıb. Avstraliya polisi insidenti terror kimi qiymətləndirib. Hadisəyə görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

Trend qeyd edir ki, Azərbaycanda artıq bu təcrübə tətbiq olunur. Belə ki, ölkənin hüdudlarından kənarda dini ekstremizm və terrorçuluq fəaliyyətində iştirak edən şəxslər Azərbaycan vətəndaşlığından çıxarılır.

Müstəqil.Az

mersin escort