“Ailələr bu yolla uşaqlarının zərərli infomasiyadan qoruya biləcəklər”

“Bu tədbirlər sırasında dünyanın bir sıra ölkələrində tətbiq olunan və müsəlman ölkələrində bəzən “halal internet” adlandırılan texnologiyalardan istifadə etmək olar”
 “Qanunun qəbul edilməsi ona görə lazımdır ki, artıq bu yöndə konkret işlər görülsün”.
Bunu Moderator.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət ölkə başçısının uşaqların zərərli informasiyadan qorunması ilə bağlı imzaladığı qanuna münasibət bildirərkən deyib. A.Həsrət bildirib ki, bu məsələlərdə təklif olunan internet paketlərindən istifadə edilməlidir:
“İndiki texnologiya əsrində uşaqları zərərli informasiyalardan qorumaq asan məsələ deyil. Nəzərə almalıyıq ki, hətta dünyanın ən mükəmməl qorunan qurumlarına belə bu və ya digər şəkildə xakerlər müdaxilə edə bilirlər. Təbii ki, bu halda tam olaraq qorunmaq mümkünsüz görünür. Hətta bir neçə il öncə xakerlər Pentaqonun məlumat bazasına qədər gedib çıxmışdılar. Amma bütün bunlarla bərabər heç bir addımın atılmaması da doğru deyil, yəni konkret qanunlar və qərarlar qəbul etməklə və müvafiq tapşırıqlar verməklə, bu işin öhdəsindən gəlmək olar. Qanun qəbul edildikdən sonra müvafiq göstərişlər verilir və ardınca da dövlət qurumları bu texnologiyaları işləyib tətbiq etməlidirlər ki, uşaqları zərərli informasiyadan qoruya bilək”.
A.Həsrət bildirib ki, burda dünya praktikasından istifadə etmək lazımdır:
 “Bu texnologiyalar dünyanın bir çox ölkələrində mövcuddur və sadəcə onları götürüb milliləşdirib tətbiq etmək lazımdır. Artıq Azərbaycanda Təhsil Nazirliyinin xətti ilə uşaqların zərərli informasiyalardan qorunması istiqamətində addımlar atılıb. Təbii ki, bunlar yetərli deyil və düşünürəm ki, evlərdə, internet klublarda və ayrı-ayrı müəssisələrdə uşaqların zərərli informasiyadan qorunması üçün tədbirlər görülməlidir. Bu tədbirlər sırasında dünyanın bir sıra ölkələrində tətbiq olunan və müsəlman ölkələrində bəzən “halal internet” adlandırılan texnologiyalardan istifadə etmək olar. Bu texnologiya uşaqlara zərər vura biləcək informasiyaları “süzgəcdən” keçirən internet paketləridir. Yəni ailələr artıq bu paketləri əldə edərək öz uşaqlarının təhlükəsizliyini təmin edə bilərlər. Bu o deməkdir ki, bəlli bir ailəyə, müəssisəyə və internet kluba verilən internet “süzgəcdən” keçirilir və uşaqlar üçün zərərli olduğu müəyyənləşdirilmiş informasiyaların şəbəkəyə buraxılmasının qarşısını alır. Bu texnologiyanı tətbiq etməklə Azərbaycan çox qısa vaxtda problemi həll edə biləcək. Ona görə də ölkə başçısının “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” imzaladığı qanun təqdirəlayiqdir. Qanunun qəbul edilməsi ona görə lazımdır ki, artıq bu yöndə konkret işlər görülsün”.
mersin escort