Bakıda bir gəlin itkin düşüb.

Bakıda daha bir gəlin itkin düşüb.
Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.
Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37-də yerləşən DSK 3-də yaşayan, 1988-ci il təvəllüdlü Əlzamin Əlyar oğlu Əmənov polisə müraciət edərək bildirib ki, noyabrın 19-da saat 15:00-da onunla birlikdə eyni ünvanda yaşayan həyat yoldaşı, 1992-ci il təvəllüdlü Günel Ceyhun qızı Mirzəyeva yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.
mersin escort