20 noyabr vertolyot qəzasından 27 il keçir

Qarakənd üzərindəki vertolyot faciəsi haqqında bilmədiklərimiz…

1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mİ-8” vertolyotunun ermənilər tərəfindən vurulmasından 27 il ötür.

Vertolyotun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də var. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.
1991-ci il noyabrın 20-də Mİ-8 hərbi vertolyotunda həlak olanları bir daha xatırladırıq:

– Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi
– İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror
– Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri
– Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini
– Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili
– Vəli Hüsyn oğlu Məmmədov – millət vəkili
– Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri
– Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini
– İqor Aleksandiroviç Plaviski – QMB-nin prokuroru
– Vladimir Vladimiroviç Kovalyov – QMB-nin Daxili İşlər İdarəsinin rəisi
– Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi
– Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı
– Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-nin müavini
– Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru
– Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant
– Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi
– Alı Mustafa oğlu Mustafayev – telejurnalist
– Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı
– Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator
– Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri
– Gennadi Vladimiroviç Domov – vertolyot heyətinin üzvü
– Dmitri Borisoviç Yarovenko –vertolyot heyətinin üzvü

Qarakənd istiqamətində uçan vertolyota Qurban Namazəliyev, Tofiq İsmayılov, Sanlal Serikov, Rafiq Məmmədov, Vəli Məmmədov, Məhəmməd Əsədov, Zülfi Hacıyev minməməliydilər.

Mİ-8 xüsusi silahla vurulub

Rayon komendantı Nikolay Jinkinin müavini, ermənilər arasında “Posol” kimi tanınmış Vladimir İqnatyeviç Kuşnarikin 1991-ci il noyabrın 18-də tərtib etdiyi və Bakı ilə razılaşdırılmış siyahısına “Aşanak” kolxozunun Heyvandarlıq Birliyinin sədri “geroy” Emil Balayan, Vladimir Kuşnarikin özü, beynəlxalq erməni diasporu (əsasən Fransa və koliforniya erməni kilsələri) tərəfindən maliyyələşdirilən “Krunk” təşkilatının Dağlıq Qarabağdakı ideoloqlarından Oleq Ovanesoviç Yesayan, “Yevkrapa cəmiyyətinin maliyyə məsələlərinə baxan, onun Livan erməni diasporu ilə əlaqələndiricisi Leonard Avakumoviç Petrosyan, zabit Tatavis Baqromoviç Baqramyan… və birdə qərar alınmışdıki, Azərbaycan Xalq Cəbhəsinin Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Xocalı, Əsgəran … rayon şöbələrinin liderlərivə onların Bakı nümayyəndəsi daxil olsun. Məşvərət lentə alınmalı və respublika televiziyasının “Günün ekranı” xəbərlər proqramında göstərilməli idi. Saat 13.40 dəqiqədə Ağdam aerportuna verilən xəbərdardan sonra bu adamlar… vertolyota minmirlər.

Domov 2 dəfə ölüb 

1991-ci il noyabrın 20-i saat 12.57-də Ağdam uçuş zolağındakı Mi-8 tipli iki vertolyotun 69 və 72 nömrəli yanacaq bakları doldurulur. Mİ-8 N69 vertolyotu əsas vertolyot olmalı, onu iki nəfər idarə etməli idi: 1981-ci ildə Əfqanıstan döyüşlərində iştirak etmiş kapitan Lantev Yeqroviç Mamontov və kapitan Pyotr İqnatyeviç Babuşkin.

İkinci vertolyot – Mİ-8 N72 isə birincini müşaiyyşt etməli idi. Lakin ikinci vertolyot müşayiət olunmadan, yəni təhlükəsizliyi təmin edilmədən 13.48-də birincinin yerinə havaya qalxır.

Araşdırmalarımız göstərir ki, 1991-ci ilin noyabrın 20-də vertolyotu idarə edən 26 saylı Mİ-8 vertolyotunu idarə edən kapitan Gennadi Vladimiroviç Domov adlı pilot 1984-cü il martın 26-da Əfqanıstanda Cəllabadın “İslam cəmiyyəti”nin Mömin Camalxanın dəstəsi tərəfindən idarə etdiyi Mİ-8 vertolyotu ilə birgə vurularaq öldürülüb. (Özbəkistan, Daşkənd Hərbi Dairəsi. Əfqanıstan-İran istiqamətində polkovnik V.İ.Qurinin 1984-cü il dekabrın 12-də Moskvaya, MN BQ-a ünvanladığı 216/051 saylı məktubunda)

Həmin ərəfədə Gülablı və Yenikənd istiqamətlərində hərbi maşınlarda qurulmuş (M-16-26 və MS-22-22 nömrəli) və Ağdam, Xocalı aeroportlarının uçuş ve enmə zolaqlarını nəzarətə götürən radarlar vasitəsilə saat 14.05-də Ağdamdan Qarakənd istiqamətinə uçan Mİ-8 N72 vertolyotun rabitə əlaqələri kəsilir.

Qırımış rabitə ilə bağlı ilkin məlumatlar Xocavənd istiqamətinə ötürülür. Lakin törədilən faciə, terror haqqında ilkin məlumat təqribən 6 saatdan sonra verilir. Ağdam, Xankəndi� və Xocavənd hərbi birləşmələrinin komandanlığı susurdu…

Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də saat 14.42 dəqiqədə vuruldu. Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19.55-də çatır.

Lakin nə qədər maraqlı olsada, araşdırmalarımıza görə, bu faciə haqqında xəbər Xankəndindən erməni dilində yayımlanan “Vətən və vətəndaş” verlişinin xəbərlər bölümündə, saat 15.30-də yayımlanmışdı. Həmin gün Yerevan radiosu saat 16.15-da Tehran radiosu, 17.00-da Moskva radiosu… açıqladı.

Haşiyə: Mİ-8 N72 h/vertolyotun yük tutumu 4 tondur. Uçuş surəti saatda 250 km, uzaq uçuşu 465-km-dir. 40-45 nəfər (80-90 kiloqram çəkidə) sərnişin götürə bilər.

İşi aparmış prokurorun anası ermənidir 

Xankəndindəki rus qarnizonun hərbi prokuroru, polkovniki (bu rütbə ona cinayət işindən sonra verildi) İ.Lazukitin 248-ci maddə ilə (RF CM) (Uçuşunun düzgün idarə olunması və insan təlafatı”) cinayyət iş açdı. Polkovnik İ.Lazutkin (anası Emilya Arustavna Baqdasaryan. Axalkalakidə anadan olub. İ.Lazutikin özü də 1989-cü ilədək Cavaxetiyada işləyib) ilkin istintaq materiallarını düzgün tərtib etmədiyindən heç nə anlamaq olmur. 1991-ci il noyabrın 24-də Yerevan televiziyasının xəbərlər proqramına müsahibə verən prokuror İ.Lazutikin iddia edir ki, həlak olan azərbaycanlılara ilkin yardımı “..ermənılər göstərib…” Polkovnik bu terror aktını adi bir qəza kimi soyuqqanlıqla şərh edirdi….

Vertolyotun “qara qutusu”nu da əlinə keçirən polkovnik oldu. Ona toxunmaq qadağan edildi bele bir məlumatda yaydıki “qara qutu” “istidən” və yanğından”, “partlayışdan” (onun sozləridi)… sıradan çıxıb, əriyib. Mütəxəssislərimiz yaxına buraxılmadı. Halbuki “qara qutu” Gəncədəki vertolyot təmiri zavodunda aşkarlana bilərdi. Prokurror İ.Lazutkin hamını aldadırdı. Onun əzilməsi və sıradan çıxması üçün 3.800 dərəcə istilik lazım idi.

Araşdırmalarımız bizi irəli aparır və nəticəsində bir-biri ilə bağlı hadisə və sənədlərdə müəmmalı məqamlar açılırdı.

…1990-cı il aprelin 21-də İraqın “Yerusəlimin gücü” radikal islamçılarının Beyrutda özəyi yaradılır. 1990-cı il iyulun 9-da “ASALA” erməni terror təşkilatının Beyrut bürosu” Yerusəlimin gücü” təşkilatında fəaliyyət göstərən bağdad erməniləri ilə məşvərət keçirir. Xatırladaq ki, bu təşkilatın Livanla yanaşı Vaşinqton, Təl-Zviv, Moskva, Bosniya, İran, London, Kabil, Köln, Paris, Malayziya, Küveyt, Məkkə və Bəhreyndə, Orta Asiya respublikalarında mərkəzləri var. Üst-üstə bu mərkəzlərin də 15 min əsgəri “ASALA”nın Beyrutdakı bürosunun ideoloqlarından olan Malik Qukasoviç Paşayan həmkarlarına “Böyük Ermənistan” ideyasına açıqlayır. Bundan sonra Yerusəlimin gücü” radikal islamçılar bir-birinin ardınca “Həmas” təşkilatı (16 iyul 1990-ci il) , “Cihad” qrupu (25oktyabr 1990-cı il), “İnanmayanları ittiham edən qrup”la (10 noyabr 1990-cı il) qarşılıqlı yardım haqqında sənəd imzaladılır. “Qara dənizdən – Xəzər dənizinədək” adlı bir islami təlim proqramı qəbul etdilər. “ASALA” liderləri bu islamçı liderləri bu islamçı fundamentalist radiklaçılar içərisində öz tərəfdarlarını axtarıb tapırdılar. Məsələn, “Cihad” qrupundakı Əziz Surenoviç Ağayan, “Həmas” təşkilatındakı “dəftərxana işcisi ”Mürqab Odabaşayan… “ASALA”nın tərkibinə keçdilər. 1990-cı il dekabrın 4-də Malik Paşayan, Mürqab Odabaşyan, Əziz Ağayan… Tehrana oradan da Kəlbəcərə gəlirlər. Dekabrın 12-də isə dəstə Kəlbəcərdən Zəngilan-Qubadlı istiqamətində hərəkət edir. Bu zaman onlara yerli ermənilərdən də qoşulanlar olur.

“ASALA” nın üzvləri 1990-cı il dekabrın 16-da ərazidəki yerli erməni silahlı birləşmələrlə əlaqələrini bərpa edirlər. Bu zaman Londondan Yerevana dərs deməyə gələn Safur Alamzaryan adlı HDQ-də xidmət etmiş zabit dekabrın 26-da Xankəndində olur, 29-da Malik Paşayanın “ASALA!” bürosuna qoşulur. Zabit S.Alamazyan 1999-cu ildə Londondakı “Sakina sekyuriti servis” fundamentalist mərkəzində çalışır. Bu qrupda da ABŞ və İsrailə ölüm hökmü çıxaran və “Beşlik məclisi”nə başçılıq edən Fazlur Rəhman Xəlillə dostluq əlaqələri qurur.

1991-ci il martın 21-dən başlayaraq “ASALA”-çılar Xocavənd, Muğanlı, Ağdərə, Xankəndi, Füzuli, Cəbrayıl istiqamətlərində fəaliyyətlərin aktiv fazasına keçdilər. Bir-birinin ardınca Muğanlıda, Qarakənddə, Çalıbəylidə, Xanobada, Əmiranlarda qətl hadisələri baş verdi. 1991-ci il noyabrın 17-də isə Malik Paşayan Gülablıda rus polkovniki Kuşnariklə kef məclisi qurdu vəbu məclisdə “Böyük Ermənistan” şərəfinə badə qaldırdı…….

Mİ-8 yerə endirildikdən sonra vurulub 

Mi-8 72 hərbi vertolyotuna Amerika istehsalı olan və fundamentalist qruplar, eləcə də islam terrorçuları arasında geniş yayılmış, həmişə təhlükə doğura biləcək “Barret M81-A1” silahından atəş açılıb (silahın tərkibində birləşmiş uran izotopu – “U-238” var).

50 kalibrli, tərkibində nüvə olan bu snayperli silahla 2 km məsafədə uçan təyyarələri, vertolyotları, həmçinin zirehli maşınları siradan çıxarmaq mümkündür. ABŞ Konqresində adı hallanan bu silah həmdə kütləvi qırğın silahları cərgəsində gedir.

Tədqiqatlarımız zamanı məlum oldu ki, bu silahlardan “Əl-Qaida” islam təşkilatı da alıb. Bunu isə silah alverçisi İssam əl-Ridi adlı bir fundamentalist qiyməti 6 min dollardan təşkil edib. İssam əl-Ridi də “Sakina sekyuriti ervis” təşkilatının üzvlərindən olan Safur Alamzaryanla həmişə təmasda olub. İssam əl-Ridi Misirdə doğulub. 1994-cü ildə ABŞ vətəndaşı olub. Buna qədər isə Misirdə “gənc terrorçu kursu”nu keçib.

Əldə olunmuş məlumatlardan biridə budur ki, “Barret M81-A1” və Barret 82-A1” silahlarının 25-i ABŞ-ın müxtəlif ştatlarındakı islamçı terrorçu qruplarındadır və bu silahla ola bilsin, yeni terror aktları törədilsin, təyyarələrə vurulsun. Bu silah hədəfə dəyərkən ilkin olaraq güclü yanğın törədir. Buna “nüvə yanğın” deyirlər. Bu yanğının yayılma zərbəsindən obyektin qalıqlarının mərkəzdən 500-600 metr kənara atılır.

“Barret M81-A1” silahı ilə vurulmuş vertolyotla DQ üzərində vurulmuş (1996) və 17 İran diplomatının ölümü ilə nəticələnən “Herkules” təyyarəsini müqayisə edərkən qəribə mənzərə yaranır. Ekspertlər göstərirlər ki, “Herkules” təyyarəsinə atılan güllədən sonra güclü yanğın baş verib. Təyyarənin qalıqları 500-600 metr kənara sıçrayıb. Adamlar tanınmaz dərəcədə yanıb kül olublar. Mi-8 N72 vertolyotu göydə deyil, yerə endirildikdən sonra vurulub və yandırılıb…

1991-ci il noyabrın 20-i saat 13.48-də havaya qalxan Mİ-8 N72 vertolyotunda yanğından əvvəl atışma olub. İlk atəşi, böyük ehtimallara görə, vertolyotu saxta sənədlərlə idarə edən Gennadi Vladimiroviç Domov açıb. Bunu yanıb dağılmış vertolyotun qalıqlarında içəridən açılan (vertolyotun içində-red) güllələrin diametri, açıq yerləri sübut edir. ( İstintaq sənədlərində bu, aydın görünür)… Vertolyot Qarakənddə yerə endirilib… Malik Paşayan və Safur Alamzaryanın “ASALA” qrupu məhz bundan sonra sərnişinləri tərksilah edib ( silahların, diplomat çantaların, sənədlərin itməsi, ayaqqabiların cütlənməsi, plastmas su qablarının səliqə ilə qoyulması səbəbləri və s. hələ araşdırılmayıb ). Beləliklə, Mİ-8 N72 hərbi vertolyotu 1991-ci il noyabrın 20-i saat 14.42-də “Barret M81-A1” silahlı ilə vurulub və bu zaman güclü nüvə yanğını baş verib…

Siyahıda Dağlıq Qarabağın o vaxt MTK-nə başçılıq edən pollkovnik Georgi İvanoviç Septa yoxdur. O Septa ki, hadisədən bir qədər əvvəl MTN-nin kadrlar şöbəsində işləyirdi və bilavasitə milliyətcə erməni olan kadrların şəxsi işlərinə “razılıq” imzasını o atırdı. Bu gün Stavropol vilayətində ermənilərin arasında özünə bağ evi salan, erməni biznesilə işbirliyi quran Georgi İvanoviç Bakı adı gələndə qəzəblə cavab verir: “…Mən belə şəhər tanımıram…”.

1991-ci ilin 20 noyabr terror aktından yayınan, şöbəyə daxil olan operativ məlumatlara biganə yanaşan Georgi İvanoviç siyahıda yoxdur. DQ-nin prokuroru var, Di idarəsinin rəisi var, ama Septa yoxdur.

Yaxud Rusiya müqayisəli MN BQ-nın nümayəndəsi, bilavasitə hərbi kəşfiyyat məsələlərinə baxan nümayandə var, amma Azərbaycan MN-nin BQ-dan bir nəfər də olsun nümayəndə yoxdur. Fövqəladə vəziyyət rayonunun hərbi komendantın müavini Vladimir Kuşnarik yoxdur…

Terror aktından əvvəlki günlərin operativ informasiyalarına istintaq materiallarında rast gəlmədik. O günü və ondan üç-dörd gün sonrakı informasiyalar arasında heç nə yox idi. Ermənilərin terror aktları ilə bağlı keçirdikləri yığıncaqlar, görüşlər, əlaqələr, telefon danışıqları… gələn “qonaq”lardan…təlimlərdən hamı xəbərsiz idi. Həm Septa susurdu, həm də MN-nin kəşfiyyat və əks-kəşfiyyat bölmələri iflic olmuşdu.

Araşdırmalarımızın təhlili müəyyən nəticələr çıxarmağımıza imkan verir. Beləlikli, 1991-ci il noyabrın 18-də bədnam Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya Prezident Aparatına zəng edir. Respublikanın DQ rəhbərliyindən xahiş edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda (Xankəndində, Şuşada, Ağdamda, Əsgəran və Xocavənddə) keçirsin. Çünki ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulmuşdu.

Bu telefon zəngindən sonra Bakıda siyahı tərtib olunur. 

Siyahıya Polyaniçko rəhbərlik etməli idi

Siyahının tərtibi dövlət müşaviri Məhəmməd Əsədova və Osman Mirzəyevə tapşırılır. Nümayəndələr ancaq güc nazirliklərindən və Təhlükəsizlik Şurasının rəhbər orqanlarından ibarət olmalı idi. Siyahıdakı yaradıcı adamları çıxsaq, yerdə qalanların sayı o vaxt TŞ-də iştirak edənlərin sayı ilə eynidir.

Siyahıya o vaxt Prezident Aparatında müşavir kimi saxlanılan Viktor Polyaniçko başçılıq etməli idi. Çünki Kremlin Bakıya göndərdiyi qazaxıstanlı general Sanlal Serikovun, milis general-mayoru Mixail Lukaşovun, polkovnik-leytenant Oleq Koşerovun Viktor Polyaniçko ilə şəxsi münasibətləri var idi və onların hər biri ayrı-ayrılıqda Əfqanıstan müharibəsinin iştirakçısı olmuşdu…

Lakin hansı səbəbdənsə Moskva DQ-dəki iclasda dövlət katibi Tofiq İsmayılovun, baş prokuror İsmət Qayıbovun hökmən iştirakını xahiş edir. Bu xahişi isə məhz Georgi İvanoviç Septa çatdırır. Qəribə idi, Moskva Bakını qoyub, DQ-nin təhlükəsizlik polkovnikinə zəng edir. Sənədlərdə Georgi İvanoviçlə bağlı heç bir sorğu-sual yoxdur. Bu, təbii idi. 1991-ci il noyabrın 19-u saat 19.05-də siyahı tərtib olunur. İlkin siyahı Tofiq İsmayılovun rəhbərliyilə müzakirə edilir. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov siyahıdan çıxarılır. Onların yerinə güc nazirliklərinin, qoşun birləşmələrinin rütbəli məmurları salınır. Siyahıya Viktor Polyoniçkonun başçılıq etməsi qüvvədə qalır.

…Ermənilərin terror aktına hazırlıq məsələsi isə bir günün, iki günün işi deyildi. Belə terror aktı ən azı on günə və yaxud bir ay əvvəlcədən hazırlanır. Çünki bu terror təsadüfi açılan atəş deyildi… Bu terror düşünülmüş, yüz ölçülüb, bir biçilmiş, bir ssenarinin faciəli sonu idi…

Kəşfiyyat isə susurdu. Dağlıq Qarabağa yola düşəcək şəxslərin təhlükəsizlik həll edilmişdi…

1991-ci il noyabrın 19-da gecədən xeyli keçmiş siyahı təzələnir. Viktor Polyaniçkonun, güc nazirliklərindən seçilmiş şəxslərin adları çıxarılır. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov siyahıya daxil edilir. Tofiq İsmayılov tərtib olunmuş siyahıya başçılıq etməli, Ağdamda Təhlükəsizlik Şurasının səyyar iclası keçirməli idi.

Moskva hər şeyi DQ-dakı vassalı, polkovnik Georgi İvanoviç Septa ilə həll edirdi. Əslində Georgi İvanoviçin ora göndərilməsində də Moskvanın razılığı var idi. Bu namizəd erməniləri də təmin edirdi. Moskva Azərbaycan MTN-nə daha inanmırdı, qurumun ayrı-ayrı adamları ilə işləməyi daha məqsədəuyğun sayırdı.

Beləliklə, yeni siyahı Ali Baş komandan Ayaz Mütəllibov 1991-ci il noyabrın 19-u, saat 23-də təsdiq edir. Siyahıdakıların bəzilərinə hazırlıq üçün telefon zəngləri edilir. Dağlıq Qarabağa uçacaq adamların siyahısı DQ rəhbərliyinə, həm Ağdam aeraportuna, həm hərbi komendanta…və həm də Moskvaya göndərilir…

Qrupun DQ ərazisindəki fəaliyyətinə isə qəribə bir üçlük nəzarət edir: DQ təhlükəsizlik rəisi, polkovnik Georgi İvanoviç Septa, hərbi komendantın müavini, polkovnik Vladimir İqnatyeviç Kuşnarik və Xocavənd milis rəisi, polkovnik Oleq Osenov(yan). Bu üçlüyün təşkil etdikləri “Bermud üçbucağı” ssenarinin həm başlanğıcı idi, həm də sonu…

Mİ-8 N72 vertolyotunu idarə edənlər – mayor Vyaçeslav Vladimiroviç Kotov, kapitan Gennadi Vladimiroviç Domov, leytenant Dmitri Borisoviç Yarovenko isə DQ ərazisində 1991-ci il noyabrın 17-də gəlmişdilər. Hər üçü Alma-Atıdan idi. Bu şəxslər noyabr ayının 19-da “yada düşdülər”. Ağdam aeroportunun şəxsi heyətinin siyahısına salındılar… Hərbi komendantın müavini, polkovnik Vladmir Kuşnarik isə hansı səbəbdənsə onların adlarını şəxsi heyətin siyahısına salmaq istəmirdi. İstintaq zamanı bu yönümdə polkovniki dindirən olmadı… Halbuki Mİ-8 N72 vertolyotu “yola” çıxarkən mühafizə üçün nəzərdə tutulmuş pulemyotlar, “PTURS” raketləri… açılıb götürülmüş, hərbi vertolyot adi bir yük nəqliyyatı kimi yola çıxmışdı.

mersin escort