Bakı Dövlət Universitetində vəziyyət necədir? (AÇIQLAMA)

Bakı Dövlət Universitetində yoxlamaların aparılması və giriş-çıxışın bağlanması xəbərinə rəsmi cavab verilib.
Müstəqil.Az xəbər verir ki, universitetin mətbuat katibi Pərvanə İbrahimova “qafqazinfo”ya açıqlamasında məlumatı təkzib edib:
“Bir sıra saytlarda universitetin giriş-çıxışının bağlanması, qapıların möhürlənməsi və yoxlamaların aparılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda universitetdə hər şey qaydasında davam edir”.
Qeyd edək ki, BDU-nun rektoru Abel Məhərrəmov prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən çıxarılıb.
Yayılan məlumatda vurğulanıb ki, yoxlamaya gələn şəxslər işdən çıxarılan rektor Abel Məhərrəmovun 19 illik fəaliyyətini təftiş edirlər. Giriş-çıxışa məhdudiyyət qoyulmasının səbəbi kimi isə binadan hər hansı bir sənədin çıxarılma ehtimalının qarşısını almaqdan ibarət olduğu göstərilib.
mersin escort