Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinin Ağdərə rayonunda avtomobil qəzası baş verib.

Müstəqil.az xəbər verir ki, “Shamshyan.com” saytının yazdığına görə, dünən axşam saatlarında “Opel” markalı avtomobil yoldan çıxaraq dərin dərəyə yuvarlanıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin 57 yaşlı Varazdat Manukyan və 33 yaşlı Andranik Şaqinyan hadisə yerində, sürücü David Vanyan isə xəstəxanaya aparılarkən yolda ölüb.