AVROPADA ARXEOLOGIYA İXTİSASI ÜZRƏ ILK AZƏRBAYCANLI  ELMLƏR DOKTORU

Müstəqil.Az -a Qafqaz Tədqiqatları İnstitutunun İnformasiya bölməsindən verilən məlumata görə noyabrın 9-da Fransanın Lyon 2 Universitetində  həmyerlimiz  Nuridə Atəşi Qədirova                             müvəffəqiyyətlə arxeologiya ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edərək Avropada Arxelogiya üzrə ilk azrbaycanlı elmlər doktoru adı alıb.

Məlumatda deyilir ki, „Mərkəzi və Cənubi Qafqazın Son Tunc-Erkən Dəmir dövrü Azərbaycanın Xocalı- Gədəbəy mədəniyyəti kontexində:  E.ə. 1300-700 -cü yüzilliklər“  mövzusuna həsr olunmuş tədqiqat əsəri 12 fəsildən ibarət olmaqla 394 səhifədən ibarət olub. Müxtəlif ölkələrin Universitet və Elmi-tədqiqat institutlarının mütəxəssislərindən  təşkil olunmuş beynəlxalq Juri tətdiqat işinə böyük  və önəmli qiymət vermiş bu tədqiqatın beynəlxalq elm aləmində diskussiyaya  səbəb olacağına diqqəti çəkmişdir.  Dissertasiya işinin elmi rəhbəri Lyon 2 Universitetinin professoru xanım Mişel Kazanova digər üzvləri isə: Professor Eric THIRAULT, Lyon 2 Universiteti, və Lyon  Şərq arxeologiya İnstitutu, Professor  HEJEBRI NOBARI, rəyçi, (Tarbiət Modarne Universiteti Tehran, Iran), Dr Marjan MASHKOUR, rəyçi, Fransa Milli Təbiət tarixi muzeyi və Milli elmi tədqiqat Mərkəzi, Professor Elena ROVA, rəyçi, İtalianın Ca’Foscari  Venetsiya Universiteti, Associait Professor Suzanne DIBO, Lyon 2 Universiteti, və Lyon  Şərq arxeologiya İnstitutu, Azərbaycandan isə AMEA Naxçıvan Bölməsinin professoru Vəli BAXŞƏLİYEV müdafiədə iştirak etmiş və iddiaçının tədqiqatını qiymətləndirmişlər.

Nuridə Atəşi- Qədirova  ilk dəfə olaraq Xocalı- Gədəbəy mədəniyyətini beynəlxalq səviyyədə tədqiq etməyə cəsarət etmiş indiyə qədər bu mədəniyyətə verilən digər adlardan: „Gəncə-Qarabağ mədəniyyəti“, „Mərkəzi Cənubi Qafqaz mədəniyyəti“, “Samtavro mədəniyyəti”, “Lçaşen- Mestamor mədəniyyəti”, “Lçaşen-  Tsitelgori mədəniyyəti” kimi adlardan imtina edilməsini bu mədəniyyət üçün xas olan „Xocalı-Gədəbəy mədəniyyəti adının bundan sonra elmi ədəbiyyatda işlədilməsinin daha doğru olduğunu irəli sürmüşdür. O ilk dəfə olaraq 6 ölkənin muzey və arxivlərində (Almaniya, Avstriya, Fransa, Rusiya, Azərbaycan, Gürcüstan) 5 dildə ( alman, ingilis,fransız, rus və azərbaycan) tədqiqatlar aparmış çoxlu sayda indiyə qədər elmə məlum olmayan yeni kolleksiyalar, arxiv materialları  aşkar etmiş, Xocalı Gədəbəy mədəniyyətinin tədqiqat tarixini, tarixşünaslığını objektiv və tənqidi analizini vermişdir.  O Xocalı- Gədəbəy mədəniyyətinin  Qafqazda yayılma arealını, xronologiyasını yenidən araşdırmış və abidələrini tədqiq etmişdir. Tədqiqatçı eyni zamanda  muzey materiallarının tipaloji analizini vermiş, kataloqunu hazırlamışdır və beynəlxalq elmin diqqətini Azərbaycan arxeologiyasına, onun inkişafına yönəltməyə müvəffəq olmuşdur.

Müstəqil.Az

 

mersin escort