Verelq.am (Ermənistan), 10.11.2018 
Türkiyənin Qars şəhərini Naxçıvanla birləşdirəcək Qars-İqdır-Aralıq-Dilucu dəmiryolunun inşaat işləri bu günlərdə start götürüb. Bunu Türkiyənin Azərbaycandakı səfiri bildirib.
Yada salaq ki, əvvəllər bildirildiyi kimi, Türkiyə Naxçıvanla azad iqtisadi zona yaradır.
Naxçıvan Ankaranın xarici siyasətində Ermənistan və İran Azərbaycanına qarşı alət və pantürkçü strategiya çərçivəsində Azərbaycan Respublikası ilə birləşdirilməsi üçün Sünikə (Ermənistanın Naxçıvana bitişik zonası-red.) qarşı əməliyyat meydanı kimi nəzərdən keçirilib.
Türkiyə Naxçıvanı “udmağa”, o cümlədən İranın muxtariyyətə təsirini qabaqlamağa can atır.
Türkiyə orada iqtisadi, kommunikasiya və  başqa proqramlar gerçəkləşdirərək Naxçıvanı bölgəsəl subyektə, orada cəmlənmiş yetərincə güclü hərbi potensial vasitəsilə bu ərazinin Ermənistanla sərhədini daim gərginlikdə saxlaya biləcəyi amilə çevirməyə və bununla da onu (yəni Ermənistanı-red.) orada Artsaxda da (Dağlıq Qarabağda-red.) istənilən an gərək ola biləcək böyük hərbi resurs toplamağa vadar etməyə səy göstərir.
Türkiyə habelə Naxçıvan vasitəsilə Şimali İranda (Güney Azərbaycan nəzərdə tutulur-red.) durumu dövri olaraq qarışdırmağa can atır. Ankara və Tehran iqtisadi tərəfdaş, amma əski rəqiblərdir.
Bundan savayı, dəmiryolunun Türkiyə-Naxçıvan-İran-Fars körfəzi istiqaməti üçün iqtisadi və kommunikasiya önəmi olacaq, muxtariyyəti tranzit dəhlizinə və logistik mərkəzə döndərəcək.
Bu layihənin habelə hərbi əhəmiyyəti də ola bilər.
Türkiyə və Azərbaycan əvvəllər Qarsda Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun da birləşdiyi birgə hərbi təlimlər keçirib. Böyük sayda Türkiyə qoşunu dəmiryolu sayəsində Naxçıvana göndərilə bilər, bununla da gərəkəndə operativ şəkildə Azərbaycanın köməyinə çata bilər.
Bundan başqa, Azərbaycan yeni dəmiryoluyla Türkiyədən Naxçıvan üçün silah və döyüş sursatı ala bilər.(strateq.az)