İran ABŞ sanksiyalarının məngənəsində

Noyabrın 5-dən Donald Tramp hakimiyyətə gəldikdən bəri İrana qarşı anonsunu verdiyi sanksiyaların ikinci mərhələsinin tətbiqinə başladı. İran yenidən sanksiyaların ağuşuna atıldı. Bu dəfə ona qaçış imkanının saxlanmayacağı göz önündədir.

İndi İranda böyükdən kiçiyə, savadlıdan savadsıza, ruhanidən ateistə kim hamı ciddi maneə ilə üzləşdiklərinin fəqindədir. Keçmiş təcrübə bu dəfə işə yaramayacaq kimi görünür.

Bu sanksiyaların daha ciddi və fərqli olacağını həm Tramp həm də onun ətrafındakılar uzun müddət idi ki, elan edirdi.

Bəs həqiqətənmi İranın sanksiyalara məruz qalmasının səbəbi onun 2015-ci ildə P5+1 qrupu ilə bağladığı müqavilənin şərtlərini pozması olmuşdurmu? Elə isə nə üçün Beynəlxalq Atom Enerjisi Agentliyi kimi nüfuzlu bir təşkilat İranın bu müqavilənin şərtlərini pozmadığını dəfələrlə ən yüksək tribunalardan bəyan edib? Tramp nə üçün beynəlxalq təşkilatların və nüfuzlu dünya ölkələrinin nüvə sahəsində İranla bağlanılmış müqavilədən çıxmamaq haqqında çağırışlarına qulaq asmamaq yolunu tutub? Bu sanksiya və blokadaların heç kimə, ilk növbədə Amerika Birləşmiş Ştatlarına, onun dünyadakı imicinə ziyan vuracağının  fərqində deyilmi Tramp?

Son bir ildə İran ətrafında baş verən hadisələri nəzərdən keçirdikdə İsrailin Baş Naziri Benyamin Netanyahunun xüsusi xidmət orqanlarının “ciddi səyləri” nəticəsində əldə etdikləri tonlarla kəşfiyyat məlumatlarını elan etməsi  yada düşür. Təkcə İsrail və onun ardınca da ABŞ İranın nüvə sahəsində tədqiqatları davam etdirdiyini iddia edir və digərlərini də buna inandırmağa çalışırlar. Beynəlxalq Atom Enerjisi Agentliyinin mütəxəssisləri tam leqal şəkildə gecə-gündüz tər tökərək İranda çalışır, amma  İranın nüvə sahəsində tədqiqat apardıqları haqda sübut tapa bilmirlər, İsrail kəşfiyyatçıları isə gizli yolla , təhlükəli vasitələrlə, ölümə meydan oxuyaraq bu sübutları əldə edir və dünya ictimaiyyətinə nümayiş etdirirlər. Bununla da Amerika Birləşmiş Ştatlarını İrana qarşı tədbir görməyə inandıra bilirlər.

Deməli, növbəti dəfə Amerika Birləşmiş Ştatları öz dövlətçilik maraqlarını kənarda qoyraq İsrailin təhlükəsizliyinə gələcəkdə ola biləcək hipotetik təhdidlərin aradan qaldırmağa qərar verir.

Netanyahunun təqdim etdiyi “daşdan keçən” sübutlara baxmayaraq, İranın nüvə sahəsində 2015-ci ildə bağlanmış müqaviləni pozmaq cəhdinin sanksiyaları yenidən tətbiq etmək üçün bəhanə rolunu oynadığı bu işdə maraqlı olan tərəflərin hamısına  məlumdur. İranda  sanksiyalar altında sürünməklə   sanksiyalarsız yaşamağın arasında nə qədər böyük fərqin olduğunu çox gözəl bilir və yenidən bu yükün altına girməyin böyük faciələrə səbəb olacğını dərindən düşünürlər. Deməli, onun nüvə tədqiqatlarını davam etdirməsi və bununla əlaqədar  sanksiyalara məruz qalması heç də inandırıcı deyil. İnandırıcı görünən isə  bu region  dövlətinin nüvə müqaviləsindən sonra hərbi quruculuğun digər sahələrində son iki ildə əldə etdiyi nailiyyətlərin dünyanı idarə edən qüvvələrdə qıcıq yaratmasıdır. İran 2015 ci ilin mayından sonra nüvə sahəsində tədqiqatlrı dayandırılması nəticəsində əldə etdiyi maddi, fiziki və elmi potensialı digər hərbi texnikaların yaradılması sahələrinə yönəltdi. Beləliklə çox qısa zamanda İran yeni və daha uzaq mənzilli raket növləri və  insansız hava vasitələrini sınaqdan keçirdi. Xüsusilə, 2000 km və daha uzaq mənzilli və hədəfi daha dəqiq vura bilən raketlərin İran hərbçilərinin arsenalına daxil olması ABŞ və İsraili diqqəti yenidən İrana çevirməyə məcbur etdi.

İranın Orta Şərqdə səssiz ekspansiyasının davam etməsi, ərəb və müsəlman ölkələrinin tədricən onun nüfuz dairəsinə daxil olamsı qeyd olunan dövlətlər tərəfindən cavabsız qoyula bilməzdi. Bu tandemə Səudiyyə Ərəbistanını da daxil edirlər. Çünki Yəməndə İrana yaxınlığı ilə tanınan qüvvələrin hakimiyyətə gəlməsi regionda qüvvələr balansını yeni istiqamətdə dəyişir və Səudiyyyə Ərəbistanında yaxşı başa düşürlər ki, Yəmənin itirilməsi müəyyən zaman intervalı ilə krallığın dağılmasına bərabərdir.

1979-cu ildən başlayaraq bu günə qədər Amerika və onun müttəfiqləri İranda mövcud dini rejimi dəyişmək və öz siyasətlərinə uyğun idarəçilik formasınını digər müsəlman ölkələrində olduğu kimi orada da tətbiq etmək üçün əlindən gələni əsirgəməyib. Şüurlu cəmiyyətin və dövlətlərin mövcud olmasından bəri bu və ya digər dövlətin dağıdılması üçün kəşf olunmuş bütün  metodlar İranı parçalamaq istiqamətində işə salınıb və təcrübədən keçirilib. Amma bütün səylər nəticəsiz qalıb və İran addım-addım Orta Şərqi əhatə dairəsinə almaqdadır. Buna görə də son sanksiyalar ABŞ administrasiyası tərəfindən və eləcə də İrana qarşı olan region və qeyri-region dövlətləri tərəfindən  sözün əsil mənasında son tədbirlər kimi qiymətləndirilir. İran bu gün boyun əyməli, ya da yaxın gələcəkdə ona boyun əyməlidirlər.

Üçüncü yol görünmür.

İbrahimov Əlimusa

Politoloq

 

 

mersin escort