İspaniyanın baş naziri Pedro Sançezə qarşı sui-qəsd cəhdi edilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 1939-1975-ci illərdə İspaniyanı idarə etmiş diktator Fransisko Frankonun pərəstişkarı olan 63 yaşlı Manuel Murillo Sançez sui-qəsd hazırlamaqda ittiham edilərək həbs edilib. Həmin şəxs 3 həftə əvvəl saxlanılıb. Polis Manuel Murillonun Barselonada yerləşən evindən silahlar aşkarlayıb.
Manuel Murillo Sançez müxtəlif yarışlarda iştirak etmiş sərrast atıcıdır. O, sui-qəsd planı barədə “Whatsapp”ın qrup çatında məlumat yayıb.