Çində satış hədəflərinə nail olmayan işçilərə sidik içirdib hamam böcəyi yedizdirməkdə günahlandırılan üç şirkət rəhbəri 5 ilə 10 gün arasında dəyişən həbs cəzalarına məhkum edilib.
Müstəqil.Az Moderator.az-a istinadla xəbər verir ki, şirkət rəhbərləri çalışanların kəmərlə döyülərkən və sarı maye içərkən çəkilən görüntülərinin internetdə yayımlanmasından sonra saxlanılıb.
Görüntülərdə bir kişi işçi yoldaşlarının qarşısında kəmərlə döyülür. Digər çalışanlar da burunlarını tutaraq plastik stəkanlardan sarı maye içir.
Şirkət rəhbərlərinin əlavə olaraq işçiləri yazılı mesajlarla “Hamam böcəyi yemək məcburiyyətində qalacaqsınız” deyə təhdid etdiyi də irəli sürülüb.

53 baxılıb