Noyabrın 7-də “Qəbələ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.

Müstəqil.az xəbər verir ki, “qırmızı-qaralar” ikinci mərhələnin ilk oyununda Almaniya çempionu “Herta” ilə qarşılaşıb. Görüş qonaqların 1:3 hesablı qələbəsi ilə başa çatıb. Qəbələlilərin heyətində yeganə qolun müəllifi Əli Sadiqov olub. O, matçın 88-ci dəqiqəsində adını tabloya yazdırıb.

Komandalar arasında cavab oyunu noyabrın 28-də Berlində keçiriləcək. Qalib komanda pley-off mərhələsinə yüksələcək.

Xatırladaq ki, “Qəbələ” birinci mərhələdə Moldovanın “Şerif” komandasını mübarizədən kənarlaşdırmışdı – 1:1, 3:1.