Şəklini asmışam xəyallarımdan, Hər kirpik çaldıqca tozu silinir

DESƏN MƏNƏ

Əcəb isinmişəm eşqin dəmində,
Arama sən məni sevgi qəmində,
Sənin ürəyində, sənin qəlbində,
Qalacam əzizim qal desən mənə.

Mənim ürəyimə ölç-biç qəlbini,
Gizlətmə,aç mənə sirli qəmini,
İztirab içində olan qəlbini,
Alacam əzizim,al decən mənə.

BU SEVGİ

Şəklini asmışam xəyallarımdan,
Hər kirpik çaldıqca tozu silinir.
Yuxumu pöyalar qarışdırdıqca,
Bizim sevgimizin yeri bilinir.

Mənim məhəbbətim atəş ocağı,
Qəlbimgə həsrətin közü,gəzirəm.
Bir gün istədiyim alınar deyə,
Eşqi oda verib döyüb,əzirəm.

Mənim ahım ilə bərabər gülüm,
Dağların sinəsi duman yeridi.
Mənim taleyimə yazılan bu eşq,
Bu sevgi qəlbimin güman yeridi.

KÖÇ ÜRƏYİMƏ

Gəl köç ürəyimə odamız olsun,
Nə ağrımız olsun,qadamız olsun,
Qoy sənli qəlbimə səadət dolsun,
Qəlbimdən silinsin kədər,əzizim.

Gəl köç ürəyimə sevinək,gülək,
Əsməsin ömrümdə ruzigar,külək,
Gəl ki.sevə-sevə yaşayaq ölək,
Ömrümüz getməsin hədər,əzizim.

Gəl köç ürəyimə,ruhum ruhunda,
Sevgim əbədidir elə bir donda,
Gəlməsən Həqiqət söyləyər sonda,
Məni sevgi şikəst edər əzizim.

mersin escort