Məşhurların arıqlamaq üçün saxladığı ən qeyri-adi PƏHRİZLƏR

Dünya ulduzlarının həyatı uzaqdan çox cəlbedici görünsə də, onlar arıq qala bilmək üçün çox çaba sərf edir. Həyatlarının çox hissəsini pəhriz saxlayaraq, özünü dünyanın ləziz təamlardan məhdudlaşdırmaqla keçirirlər. Onların günün istənilən saatın pizza və ya bol kremli tor yemək yeyə bilmək lüksü yoxdur.

Publika.az bu yazıda oxucuları Hollivud ulduzlarının pəhrizləri ilə tanış edib.

Natali Portman

Картинки по запросу Ünlülerin kilo vermek için uyguladığı 9 garip yöntem

Natali Portman ona Oskar mükafatını qazandıran “Qara Qu Quşu” filmində balerina obrazını canlandırmaq üçün 44 kq-a qədər arıqlayıb. Bunun üçün o, çox ciddi pəhriz saxlayıb. Bütün gün sadəcə yarım qreypfrut, yerkökü və bir ovuc badam yeyib. Əlbəttə, sadəcə pəhrizlə iş bitmir. O, çox ağır fitness proqramına başlayıb. Filmdəki roluna görə özünü arıqladan Natali hadisələri belə xatırlayır: “Çəkilişlərdən 1 il əvvəl gündə 2 saat rəqs dərsləri almağa başladım. 6 ay sonra gündə 5 saat, son 2 ayda gündə 8 saata qədər rəqs məşqləri edirdik. Gündə 2 kilometrə yaxın üzürdüm. Nizam-intizam yaxşıdır, amma canım çox ağrıyırdı”.

Rola hazırlaşmaq üçün 1 ildən çox müddət ərzində Mariya Elen Bouzla çalışan Natali fitness proqramı boyu veqan pəhrizi saxlayıb. O, heyvan mənşəli bütün məhsullardan imtina edib. Bu pəhriz ərzində ət yeməklərinə meyl etmədiyini desə də, gündəlik 1200 kalori qəbulunun çətin olduğunu inkar etməyib.

Aktrisa vurğulayıb ki, film üçün sadəcə arıq olmaq kifayət deyildi, onun əsas məqsədi balerina bədən quruluşuna sahib olmaq idi. Natali Portman 1 il ərzində balerina bədəninə sahib olmaq üçün gecə-gündüz çalışıb. Ondan həm incə formalarını qorumaq, həm də güclü bədənə sahib olmaq tələb olunurdur. O, ənənəvi balet addımlarının da istifadə edildiyi məşq proqramını həyata keçirərək filmdəki bədən quruluşuna nail olub.

Balerinalar illərlə qazandığı təcrübə nəticəsində ustalaşır, Natali Portman isə buna sadəcə bir ilini sərf edib. Odur ki, 2-3 qat daha çox çalışması lazım gəlirdi. O, hər gün 6 saatını dayanmadan müxtəlif məşqləri yerinə yetirməyə və balet rəqslərini öyrənməyə sərf edib. Üstəlik təxminən 2 kilometrdən çox üzüb.

Mariya Elen Bouz tərəfindən xüsusi olaraq tərtib edilən məşq proqramı sayəsində Natali əsl balerina bədəninə sahib olaraq filmdəki balet səhnələrinin faiz 85 faizində özü çəkilir. Bu proqramda əsas məqsədlərdən biri Natalinin əllərini, qollarını və ayaqlarını çox qalınlaşdırmadan daha güclü hala gətirmək idi.

Beyons

Картинки по запросу Ünlülerin kilo vermek için uyguladığı 9 garip yöntem

Beyons “Xəyalpərəst qızlar” filmindəki rolu uğrunda 20 kq arıqlamaq üçün yeməkdən demək olar ki, imtina edib. O, 2 həftə ərzində yalnız limon su, istiot və qızılağac siropu ilə su içib, bəzən menyusuna təzə tərəvəz əlavə edib. Nəticə təəccüblü idi!

Ancaq Beyons eyni pəhrizi bir daha sınağa cürət etməyəcəyini deyir. Beyonsun tətbiq etdiyi limonad pəhrizi bədəndəki lazımsız və zərərli maddələrin çox sürətli şəkildə xaric edir. Odur ki, orqanizm artıq piylərdən və yağlardan tezliklə azad olur. Ancaq unutmayın ki, bədəni sürətlə arıqladan pəhrizlər nəticədə orqanizmin halsızlaşmasına və zəifləməsinə gətirib çıxarır.

Ris Uizerspun

3831laR25Fc65_9.jpg

Aktrisa doğuşdan sonra uşaq mannası yeyərək arıqlayıb. Kino ulduzu bildirib ki, yağlardan və qatqı maddələrindən xilas olmaq, həmçinin bu sayədə sağlamlığını da qorumaq üçün bu üsulu seçib. Uşaq mannası pəhrizi Amerikanın məşhur məşqçi Treysi Anderson tərəfindən təşkil olunan qidalanma tərzidir. Pəhrizə gün ərzində 14 porsiya (tərəvəzlərlə bol) uşaq yeməkləri, şam yeməyində isə faydalı yemək daxildir. Böyüklər uşaqlardan daha çox yediyi üçün dəmir, sink və kalsium çatışmazlıqları ortaya çıxa bilir. Yorğunluq və dəmir çatışmazlığı yaranması ehtimalı qaçılmazdır.

Enn Heteuey

Похожее изображение

Enn Heteueyin “Səfillər” filmindəki rolu incə və sağlam zahiri görünüş tələb edirdi. Prodüserlər başlanğıcda aktrisadan 3 həftə ərzində 8 kq arıqlamasını tələb edib. Kino ulduzu ondan tələb olunan çəkiyə çatmaq üçün 500 kalorili pəhrizi saxlamaq məcburiyyətində qalıb. O, gün ərzində yalnız quru yulaf əzməsi, bir neçə turp və humus yeyib.

Kristina Aqilera

Картинки по запросу Ünlülerin kilo vermek için uyguladığı 9 garip yöntem

Müğənni Kristinanın qəribə qidalanma vərdişi var: Sadəcə eyni rəngdə olan ərzaqları yeyir. Məsələn, bazar ertəsi günü ağ yeyir: Kələm, ağ lobya, süzmə və ya pendir kimi məhsullar. Çərşənbə günü yaşıl ərzaqlar yeyir: Salat, ispanaq və s.

Belə qəribə pəhrizin faydalı olub-olmadığını mühakimə edirsinizsə, Kristinanın bədəninə baxmaq kifayətdir.

Madonna

Картинки по запросу Ünlülerin kilo vermek için uyguladığı 9 garip yöntem

Kim 60 yaşında Madonna kimi görünmək istəməz ki? Yaşına görə, onun bədən quruluşu haqqında mükəmməl demək olar. Madonna formasını qorumaq üçün heç bir kalori qəbul etmir. Sıfır! Madonna pəhrizi təmiz havanın orqanizmin fəallığını dəstəkləməyə yetərli olduğu fərziyyəsinə əsaslanır. Yeməkləri yalnız iyləyir və duzlu su şorbasından başqa bir şey yemir. Təbii ki, onun bütün həyatı bu pəhrizlə keçmir. O, bu pəhrizi 1-2 kq kökəldiyi zaman tətbiq edir.

Nikol Kidman

Картинки по запросу Ünlülerin kilo vermek için uyguladığı 9 garip yöntem

Doğuşdan sonra Nikol Kidman olduqca ağır pəhriz saxlamalı olub. Pəhrizin cədvəli belədir: Səhər yeməyi üçün 1, günorta yeməyi üçün 1, axşam yeməyi üçün 2 qaynamış yumurta. Bu qidalanma sağlam və balanssızdır. Ancaq aktrisa gözlədiyindən daha çox çəki itirməyə nail olub.

Aytən

mersin escort