Ötən ilin may ayında ABŞ-ın 44-cü prezidenti Barak Obama və xanımı Mişel Obamanın “Netflix” ilə razılaşdığı irəli sürülmüşdü. Şirkətin direktor müavini Ted Sarandos cütlüyün veriliş aparıcılığı ilə bağlı iddialara cavab verib. Onun sözlərinə görə, sabiq prezidentin apardığı veriliş siyasi məzmun daşımayacaq.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “Vanity Fair” jurnalına müsahibə verən Sarandos “Obama hakimiyyəti və bütün həyatı boyu əldə etdiyi təcrübələrini hekayə şəklində ifadə etmək istəyir” , – deyə bildirib.

Sarandos əlavə edib ki, Obama cütlüyünün hazırlayacağı layihə idman, həyat tərzi və qidalanma mövzusunda olacaq. Əlavə məlumat vermək istəməyən Sarandos qeyd edib ki, veriliş 190 ölkədə yayımlanacaq.

Barak Obama açıqlamasında “Dövlət xidməti boyu həyatın hər sahəsindən heyranedici insanlarla tanış olduq və onların təcrübələrini daha geniş bir kütləyə çatdırdıq. Mişel və mən istedadlı, ilhamverici və yaradıcı insanların hekayələrini bütün dünya ilə bölüşmək istəyirik”.

Mişel Obama isə “Barak və mən hər zaman, hekayə sözünün gücünə inandıq” deyə bildirib.

Qeyd edək ki, Obamaların ilk süjeti 2019-cu ilin əvvəllərində nümayiş olunacaq.