Almaniyada təyyarə insanların üzərinə düşdü – 3 ölü, 10 yaralı

Almaniyanın Hessen federal bölgəsində şəxsi yüngülmühərrikli təyyarə insanların üzərinə düşüb.

Publika.az xəbər verir ki, bu haqda “Focus Online” nəşri bildirib.

Məlumata görə, təyyarə lazımlı hündürlüyü yığa bilməyib və aerodromda baryeri sındırıb. Hadisə nəticəsində 3 nəfər həlak olub, ən azı 8-i yaralanıb. Polisin məlumatına görə, həlak olanların arasında uşaq da var.

Hadisə yerinə çoxlu sayda xilasedici və tibbi xidmət qrupları cəlb edilib.

mersin escort