“Müqəddəs yer heç vaxt boş qalmır, boş qalan kimi ora zir-zibil dolur…”

“Eldar Mansurov, Faiq Sücəddinov, Tahir Əkbər və sair kimi bəstəkarların nəsilindən sonra yeni bəstəkarlar nəsili yetişmir”
Bunu Moderator.az-a açıqlamasında şair Baba Vəziroğlu deyib.
B.Vəziroğlu bildirib ki, bu gün həmin o nəsil estafetinin zənciri qırılıb:
“Eldar Mansurov, Faiq Sücəddinov, Tahir Əkbər və sair  kimi bəstəkarların nəslindən sonra yeni bəstəkarlar nəsili yetişmir. Bu bəstəkarlar axıncı nəsildir. Tək-tək kimlərsə ola bilər, amma söhbət nəsildən gedir. Sovet dövründə Tofiq Quliyev, Rauf Hacıyev, Cahangir Cahangirov, Fikrət Əmirovlardan sonra yeni nəsil gəldi. Onlar Ramiz Mirişli, Nəriman Məmmədov, Polad Bülbüloğlu və sairləri idilər. Bu bəstəkarlardan sonra E.Mansurov, F.Sücəddinov və başqaları gəldilər. Amma bu gün belə bəstəkarlar nəsilinin davamı yoxdur. Nəsillərin estafeti olmalıdır ki, onlar bu ənənələri, sənəti bir-birilərinə ötürsünlər. Bu gün nəsillərin o estafet zənciri qırılıb. Özüm işləyib görürəm, bəstəkarlıq fakultəsi var, amma bəstəkar yoxdur. Kimlərsə özünü kimlərinsə tələbəsi kimi təqdim edir, amma bu şərt deyil axı. Kiminsə tələbəsi olmaqla deyil. Təkcə söhbət mahnı janrından getmir, ciddi musiqidə də vəziyyət ürəkaçan deyil. Hanı bir ciddi kino musiqisi? E.Sabitoğlu bu musiqiləri yazmasaydı, necə olacaqdı? Bu gün bu musiqilərin heç biri yoxdur. Belə bir deyim var ki, “Müqəddəs yer heç vaxt boş qalmır, boş qalan kimi ora zir-zibil dolur”. Bu günki mənzərə onu əks etdirir. Bu gün nə simfonik, nə balet, nə də opera musiqisi yoxdur”.
mersin escort