Zaqatalada maşın yaşlı kişini vuraraq öldürdü, sürücü qaçdı

Zaqatala rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saat 20:30 radələrində Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Muxax kənd inzibati ərazisindən keçən hissəsində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən piyada 1953-cü il təvəllüdlü İbiyev Abdurəhman İsmayıl oğludur. A.İbiyev hadisə baş verən ərazinin yaxınlığında toy məclisindən çıxıb və evə gedirmiş. Mərhumun içkili olduğu bildirilir.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır (Report).

mersin escort