Prezident iqamətgahını bombalayan şəxsdən – Şok iddia

Türkiyədə 16 iyul çevriliş cəhdi zamanı prezident iqamətgahını bombalayan pilot polis məmurlarını təhdid edib.

Teleqraf.com xəbər verir ki, FETÖ terror qruplaşmasının üzvü, F-16 pilotu Müslim Məcid saxlanıldığı Sincan həbsxanasında maraqlı hadisə ilə gündəmə gəlib.

Saxlanıldığı kameranı yoxlamağa gələn polis məmurları divarda qəzetlərdən kəsilmiş xəbər kağızları aşkarlayıblar. Onlar sabiq pilotdan kağızları yığışdırmasını istəsələr də, Müslim Məcid “Bura nə asacağıma özüm qərar verirəm” deyə cavab verib.

Divarda yalnız ailə üzvlərinin və həbsxana şəkillərinin asıla biləcəyini deyən polis əməkdaşlarına “Buna peşman olacaqsınız. Tezliklə sizinlə məsələni həll edəcəm”, – deyən FETÖ terrorçusu onları təhdid edib.

Faktla bağlı həbsxana rəhbərliyi araşdırmaya başlayıb.

mersin escort