Türkiyə və İrandan dollarla bağlı həmlə…

Türkiyə və İran ABŞ-ın dollar basqısından qurtulmaq üçün birgə bank yaratmaq niyyətindədir.

Müstəqil.az xəbər verir ki, bu sözləri iranlı politoloq Fərzad Ramazaniboniş deyib.

“Türkiyə və İran ABŞ-ın müxtəlif iqtisadi sanksiyalarına məruz qaldı. Rial və lirədəki dəyər itkisini nəzərdə aldıqda, iki ölkə milli valyutalarla ticarətə başlaya bilər. Ortaq bankın qurulması da dollar hakimiyyətindən qurtulmaq məqsədi daşıyır”, – ekspert bildirib.

O, belə bir bankın yaradılmasının İran və Türkiyə hökumətlərinin iradəsindən asılı olduğunu vurğulayıb.

 

mersin escort