Aparıcı Elçin Əlibəyli aşıq Samirə Əliyeva haqda qalmaqallı açıqlama verib.

Müstəqil.Az Teleqraf.com-a istinadla xəbər verir ki, o, “Səhər-səhər” proqramında qonaq olan Samirə barədə gözlənilməz iddia irəli sürüb.

E.Əlibəyli bildirib ki, verilişində aşıq Samirəyə səsləndirdiyi sual və onun cavab verə bilməməsi montaj olunaraq, çıxarılıb:

“Görün, bir müğənni telekanala necə təzyiq edə bilir! Montaj olunsa da, fikrimi burada deyirəm. Monoqrafiya sözünün mənasını bilməyən Samirəni alim edənlər əməllərindən utansınlar!”

Aparıcı əlavə edib ki, onun davası elmi müstəvidədir: “Yəni alim olan, elmə iddialı şəxs hansı tələblərə cavab verməli olduğu hər kəsə bəllidir. Mənim kiminləsə şəxsi qərəzim yoxdur, xüsusi ilə Samirə ilə. Bunu qalmaqal kimi təqdim etmək doğru deyil. Mən sadəcə ona elmi sual ünvanlamışam. Bunu başqa yöndə yozmayın. Yenə yazırlar ki, qadının üstünə getmişəm, bu belə deyil. Sadəcə sual vermişəm. Bununla da bu məsələyə nöqtə qoyuram. O siz, o elminiz, o da alimləriniz”.

Qeyd edək ki, aşıq Samirə Əliyeva 2005-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aşıq sənətindən dərs deyir. Sənətşünaslıq elmi üzrə fəlsəfə doktorudur.