Bacı bacının qızıllarını oğurladı – Buzovnada

Bakının Xəzər rayonunda oğurluq hadisəsi baş verib.

Müsəqil.Az Teleqraf.com-a istinadla xəbər verir ki, rayonun Buzovna qəsəbəsində evlərin birindən 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Ev sahibi hadisə ilə bağlı 2-ci polis şöbəsinə məlumat verib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin bacısı, Sabirabad rayon sakini S.Nəsirova saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

mersin escort