Övlad sahibi olmaq üçün cinsi yaxınlığa ehtiyac qalmayacaq – FOTO

Yaponiyalı elm adamları apardıqları elmi araşdırma nəticəsində qan hüceyrəsindən yumurta hüceyrəsi əldə ediblər. Bu texnologiya sayəsində yaxın zamanlarda övlad sahibi olmaq üçün cinsi yaxınlığa ehtiyac qalmayacaq.
Moderator.az xəbər verir ki, elm adamları siçanlar üzərində aparılan təcrübə nəticəsində insan qan hüceyrələrindən kök hüceyrələrini hərəkətə keçirmək üçün istifadə ediblər. Bu hüceyrələr siçanlardan əldə edilən embrionik hüceyrələrlə birlikdə istifadə edilərək hazırlanmış kiçik süni yumurtalıqların içinə yeridilib.
Bu metodla istehsal olunan yumurtalar mayalanmaq üçün uyğun olmasalar da, bu kəşf övlad sahibi olmağın qapısını aralayıb. Eyni zamanda sonsuzluq problemi üçün də yeni bir ümid qaynağı olub.
Qeyd edək ki, bu kəşf sayəsində ciddi genetik xəstəliklərə də çarə tapılacaq.
mersin escort