50 yaşlı nənə dördəmə hamilədir – FOTO

“Mik Caqqer 73 yaşında ata ola bilirsə, mən niyə özümü günahkar, pis iş tutmuş kimi hiss etməliyəm ki?!”

50 yaşlı Treysi Britten belə deyir.

Ekstrakorporal mayalanma (EKM) əməliyyatı vasitəsilə hamilə qalmış Treysinin bətnində indi 4 övladı var.

Müstəqil.az Milli.Az-a  istinadən bildirir ki, o, Britaniyada dördəm dünyaya gətirmiş ən yaşlı ana olmağa hazırlaşır.

İlk övladını yeniyetmə yaşlarında olanda doğmuş Treysi Brittenin nəvələri 7 aylıqdan 11 yaşa qədərdir.

Hamiləliyin 27-ci həftəsində olan Treysir Londonun şimalında yaşayır.

“Son üç ay ağır keçdi. Normal yata bilmirəm. Qarnım böyük olduğu üçün normal qidalana da bilmirəm”, – Treysi söyləyib.

O, sosial şəbəkələrdə sərt tənqid olunmasına, “məsuliyyətsiz qadın” adlandırılmasına rəğmən dördəmlərini dünyaya gətirmək əzmindədir: “60-70 yaşlarında ata olmuş Mik Caqqeri, Ronni Vudu və ya Elton Conu kimsə tənqid etmir. Bəs mənə niyə hücum edirlər?! Həyatım boyu çalışmışam, övladlarımı böyütmüşəm. İndi daha dörd övlad böyütmək istəyirəm”.

İki oğlu və qızı, 6 nəvəsi olan Treysi Britten 11 il əvvəl ikinci dəfə ərə gedib, Stivenlə ailə qurub. Treysi bir neçə dəfə abort etdirdiyindən normal şərtlərlə hamilə qala bilməzdi. 10 illik gözləntidən sonra o, EKM əməliyyatı vasitəsilə hamilə qalmağa qərar vermişdi.

Əməliyyat bu ilin aprelində Kiprdəki klinikalardan birində gerçəkləşdirilib.

“Ana olmaq istəyirdim. Əkizlər olsaydı, lap bəxtəvər olardım. Hamiləliyimin doqquzuncu həftəsində sonoqraf bətnimdə 4 övladımın olduğunu göstərəndə sevincdən nə edəcəyimi bilmədim. Ana olmaq şansımı maksimuma çatdırmaq üçün bətnimə 4 embrion implantasiya olunsa da, ən böyük arzularımda dördəmə hamilə qalacağımı ağlıma gətirə bilməzdim”, – Treysi söyləyib.

 

mersin escort