Ərdoğan Suriyada ABŞ-ın ƏSAS HƏDƏFİNİ açıqladı

“Şimali Suriyaya Amerikadan gələn silahlar, bombalar və sursatlar haqqında nə qədər bilirsiniz? Burada 18 mindən çox TIR və təxminən 3000 yük təyyarəsi ilə silah-sursat gəlib”.

Müstəqil.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Türk-Amerika İş Şurası (TAİK) tərəfindən təşkil edilən 9-cu Türkiyə İnvestisiya Konfransında danışıb.

Silah-sursatın PYD/YPG terror təşkilatına gəldiyini deyən Türkiyə prezidenti ABŞ-ın Suriyada 22 hərbi bazasının olduğunu deyib.

“Bəs bunlar kimə qarşı istifadə olunur? Buradakı terror dəhlizinin o tərəfində kim var? Türkiyə var. Rusiya burada deyil, İran burada deyil. Bu sözləri söyləyərkən, bizə qarşı fərqli davranırlar. Amma bunları söyləmək məcburiyyətindəyik. Əgər söyləməsək, haqsızlıq qarşısında susan dilsiz şeytandır”, – Ərdoğan qeyd edib.

 

mersin escort