Bakı məktəbindəki dəhşətli hadisənin SƏBƏBİ… – TƏFƏRRÜATLAR

Sentyabrın 25-də paytaxtın 67 saylı məktəbində ikinci sinif şagirdinin ölümünə dilin qatlanması nəticəsində mexaniki asfiksiya səbəb olub.

Publika.az xəbər verir ki, bununla bağlı “Sputnik Azərbaycan”a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.

Sabunçu rayonu 12-ci polis bölməsi ərazisində yerləşən məktəbdə 2011-ci il təvəllüdlü Xəlilov Sabir Adil oğlu dünyasını dəyişib. O, özünü qəfil pis hiss edib, ilkin tibbi yardım göstərilib, təəssüf ki, kömək etmək mümkün olmayıb.

Məktəbin işçiləri təcili tibbi yardım briqadasını çağırsalar da, həkimlərin gəlişinə qədər uşaq artıq keçinib.

Əldə edilən məlumatlara görə, sentyabrın 24-də azyaşlının yüksək hərarəti olub. Buna baxmayaraq, valideynləri Sabiri məktəbə göndəriblər.

Faktla bağlı araşdırmalar aparılır.

***

Bakı şəhər Sabunçu qəsəbəsi, Nəsib Məlikov küçəsi 7 ünvanında yerləşən 67 saylı məktəbdə şagird ölümü baş verib.

Publika.az xəbər verir ki, dünən günorta saatlarında məktəbin 2-ci sinif şagirdi, 2010-cu il təvəllüdlü Xəlilov Sabir Adil oğlunun səhhəti qəfil pisləşib. Dərhal təcili tibbi yardıma müraciət edilsə də 8 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.

Məktəbdən Publika.az-a bildirilib ki, hadisə tənəffüs vaxtı baş verib: “Uşaqlar çox kiçik olduğundan müəllimlər tənəffüs vaxtı bayıra buraxmır, yeməklərini elə sinifdə yeyirlər. Qəfildən uşaqların içində Sabirin halı pisləşib, ishal olub. Bir qədər sonra ağzından qan gəlib. Bizdə olan məlumata görə, uşağın səhhətində ciddi problemlər olub, kəllə-beyin təzyiqindən əziyyət çəkirmiş”.

Qeyd edək ki, ölüm faktı ilə bağlı ekspertiza təyin olunub, araşdırma aparılır. Hadisə ilə bağlı ilk məlumatı unikal.org saytı yayıb.

mersin escort