Hoteldə sevgilisinin başını kəsən şəxs danışdı – VİDEO

35 yaşlı kişi 21 yaşlı qızı qətlə yetirib.

Müstəqil.Az bildirir ki, hadisə Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki restoranlardan birində baş verib. Həmin ünvanda 21 yaşlı Aysel Orucovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş 35 yaşlı Nəriman Əliyev müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs 21 yaşlı Aysel Orucovanı 3 ildir tanıyırmış və tez tez görüşürlərmiş. Nəriman Əliyev hadisəni ona yalan danışdığına görə törətdiyini deyib.

O, qıza 11 bıçaq zərbəsi vuraraq öldürüb. Sonra ərazidən qaçsa da, polis əməkdaşları onu tutaraq məsuliyyətə cəlb edib. Faktla bağlı araşdırmalar davam etdirilir.

mersin escort