Durub məzarlıqda, bir qız ağlayır, Bir əlin sığalı telində gedir

 
Şahin QƏDİRLİ
NƏFƏS VER
 
Ürəyimə yara vurma dilinlə,
Al xəncəri, sinəm üstə yara çək.
Qollarımı qandallayıb telinlə,
Qaşlarının arasında dara çək.
 
Bu həsrətin yaram üstə duz kimi,
Göynəyirəm, alışıram, yanıram.
Gözlərinin damlaılaları buz kimi,
Kipriyini sər üstümə, donuram!
 
Ürəyimə gələn yolu cığır san,
Baxışınla, gülüşünlə həvəs ver.
Gözlərinin dəryasında boğursan,
Heç olmasa sahilində nəfəs ver.
 
ŞƏHD OLAN AD
 
Gedir son mənzilə ananın ilki,
Ürək qələmimə deyir nəsə de.
Dünyanın ən ağır yüküdür, yükü,
Ata çiynindəki oğul cəsədi.
 
Bir gənci güllələr qəfil qapdılar,
Sifəti alışdı güllə odundan.
Yüz cəsəd içində onu tapdılar,
Əlinə yazdığı qızın adından.
 
Durub məzarlıqda, bir qız ağlayır,
Bir əlin sığalı telində gedir.
Onun gözəl adı aynada deyil,
Məzara şəhidin əlində gedir.
 
Təzədən qol-qanad aça bilərmi?
Kökündən vurulan, qırılan qanad.
Başqa bir ürəyə köçə bilərmi?
Şəhidin əlində şəhid olan ad!
 
NECƏ YAŞAYIM?
 
Tülkü sürükləyir aslanı tüklə,
Hara getmək olar bu ağır yüklə?
ATA, öyrətdiyin bu düzgünlüklə,
Bu əyri dünyada necə yaşayım?
 
Məni yandırırlar kösövlə, közlə,
Deyirsən ay oğul, özünü gözlə!
Ay ANA, bilmirəm bu bircə üzlə,
İküzlü dünyada necə yaşayım?!
 
İşıqlat zülməti şamla, çıraqla,
Kimdə var ədalət?Axtar, soraqla.,
Ay ellər, söyləyin, bu doğruluqla,
Bu oğru dünyada necə yaşayım!?
 
Harda süpürləşir itlər, pişiklər,
Gəlinlər tək qalır, ərsiz, beşiklə,
Ay ALLAH! Yol göstər, bu kişiliklə,
Bu namərd dünyada necə yaşayım?!
 
QARA QIZ
 
Bir vaxt sən də, gülərsən,
Öz körpəni bələrsən,
İsmətin də qaralsa,
Aralıqda ölərsın.
Qara qız!
 
Sənə gülən dəlidi,
Pəşəməngül gülüdü,
O qədər ağ qız var ki,
Bir başı, bir əlidi,
Qara qlz!
 
Sevənlər bulaq olar,
Zülmətə çıraq olar,
Axı qara qızların,
Taleləri ağ olar,
Qara qız!
 
Bir oğlan peyda olar,
Səni gəlin aparar,
O dediyin ağ qızlar,
Sənə həsəd aparar,
Qara qız!
 
Ömür-gün əldən gedər,
Ağ oğlan eldən gedər,
Ağ qız varlı, dövlətli,
Qara oğlana gedər.
Qara qız!
 
Yada haralar düşər,
Meyvə saralar düşər,
Şairlərin payına,
Elə qaralar düşər.
Qara qız.
MÖHTƏŞƏM
 
Atilladan bu yana, zalıma baş əymədik,
Dünyanı fəth elədik, çarəsizə dəymədik,
Başqa qaçqın xalqlara yurd verdik, yuva verdik,
Erməni xain çıxdı, biz onlara neynədik?!
 
Qonaqpərvər olmayaq, daha zatı qırığa,
Gedib yenə satarlar yeni yağlı quyruğa,
Kökü nökər olandan sağın, millət, ayıq ol,
Başqa bir ağa tapıb başlayarlar buyruğa.
 
Qarğalar Qarabağda qarıldayıb ötməsin,
Xarı Bülbül yerində qaratikan bitməsin,
Qorxaqlar, fərarilər, içimizdən qovulsun,
Əsgərə getməyənə qızlarımız getməsin!
 
Cəbhədə pələnglərim, aslanlarım vuruşsun,
Erməni tülküləri önümüzdə qırışsın,
Daha geniş düşünsün atalar qız verəndə,
Oğlandan diplom deyil, hərbi bilet soruşsun.
 
Salam əsgər!”Eşişitdim, döyüşməyin möhtəşəm!”
Salam Vətən!”Ucalıb, dəyişməyin möhtəşəm!”
Bizə şərt qoyanlara yerini göstərməyin,
Salam rəhbər!”Zəfərlə görüşməyin möhtəşəm!”
AY GƏLİN
 
Bir zaman bulaq tək coşdun, çağladın,
Sinəmi neştərlə kəsdin, dağladın,
Əlinlə baxtını özün bağladın,
Bir daha açılmaz baxtın, ay gəlin.
 
Düşmənin sözüylə bağrımı yardın,
Getdin, xoş günümü cəkdin, apardın ,
Səadəti şan-şöhrətdə axtardın,
İlğım arxasınca axdın, ay gəlin.
 
Səni bərkmi döyüb o ürəyi daş?
Qol-qılçın qapqara, gözlərində yaş,
Sənin bu gününü görməyəydim kaş,
Qəlbimi yandırdın, yaxdın, ay gəlin!
 
Qıyqacı-qıyqacı baxıb süzdüyün,
Axşam, sabah ürəyimi üzdüyün ,
Hanı saf eşqimə dodaq büzdüyün?
O telli-toqqalı vaxtın, ay gəlin?!
 
Gözlərin çuxura düşübdür indi,
Saçların pırpızlı, baxışın kindi,
Ay aman! Bu sənsən?! Ya haldı, cindi?!
Üzümə birtəhər baxdın, ay gəlin!
 
Eşqimi yadında saxla gecələr,
Xəyalən gəz, axtar, yoxla gecələr,
Mənim də dərdimə ağla gecələr,
Əgər artıq olsa vaxtın, ay gəlin.
 
mersin escort