Bakı İslam Universitetinin fəaliyyəti dayandırılır.

Müstəqil.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat yayıb.

O bildirib ki, artıq birinci kursda təhsil alan tələbələr digər ali məktəblərə köçürülür.

“Mənə verilən məlumata görə institutun fəaliyyətini dayandırması maliyyə çatışmazlığı ilə əlaqədardır. Yəni xərcləri çoxdur. Amma bu il ilk dəfə olaraq bu universitet elə birinci turda plan yerlərini 100 faiz doldurdulu. Bakı İslam Universitetinin fəaliyyətini dayandırmasının yeni yaradılan İlahiyyat İnstitutu ilə əlaqədar olduğunu düşünmürəm. Çünki hər iki təhsil müəssisəsi dövlətçilik ənənələrinin qorunub saxlanması istiqamətində fəaliyyət göstərib. Universitet tələbələri topladıqları ballara uyğun olaraq digər universitetlərə köçürüləcəklər”.

Məsələ ilə bağlı Bakı İslam Universiteti ilə əlaqə saxlasaq da telefonlara cavab verilmədi.