“ARB:24” telekanalının baş direktoru Nadir Şəfiyev və oğlu, həmin kanalda redaktor işləyən Allahverdi Şəfiyev işdən çıxarılıb.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, kanalda aparılan yoxlamalar zamanı müəyyən çatışmazlıqlar aşkarlanıb və quruma rəhbərlik edən Nadir Şəfiyev vəzifədən kənarlaşdırılıb. Bildirilir ki, telekanaldakı çatışmazlıqlar “ARB:24”ün fasiləsiz ümumrespublika yayımına keçid prosesi zamanı üzə çıxıb.

Telekanaldan bildirilib ki, hazırda iclas keçirilir və yaxın vaxtlarda yeni baş direktorun adı məlum olacaq.