Dünən gecə saatlarında İstanbulda qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun Floryadakı məsciddə cənazə namazı qılınacaq.

Müstəqil.Az xəbər verir ki, Axar.az-ın Türkiyədəki əməkdaşının verdiyi məlumata görə, mərasim Bakı vaxtı ilə saat 17:20-də baş tutacaq.

Etimad İsmayilovun ailə üzvləri, dostları, iş yoldaşları mərasimdə iştirak edir. Tanınmış müğənni Azərin də təziyədə iştirak edənlər arasındadır.

***

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu Etimad İsmayılovun cənazə namazına qatılıb.

Əraziyə həmçinin çoxlu sayda polislərin də göndərildiyi bildirilir.

Qeyd edək ki, Etimad İsmayılovun həyat yoldaşı, tanınmış jurnalist Sevil Nuriyeva mərhumun nəşinin bu gecə Bakıya gətiriləcəyini və sabah saat 13:00-da Nardaranda dəfn olunacağını bildirmişdi.