Fikrət Qocanın oğlunu öldürənlər yenidən məhkəmə qarşısında

Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi öldürməkdə təqsirli bilinən Elnur Nəhmətovun barəsində olan hökmdən prokuror tərəfindən verilən kasasiya protesti, müdafiəçi tərəfindən verilən kasasiya şikayətinə baxılıb.

Oxu.Az xəbər verir ki, Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, prokurorun Elnur Nəhmətovun barəsində olan cəzanın ağırlaşdırılması ilə bağlı protesti təmin edilməyib. Elnur Nəhmətovun vəkilinin də şikayəti təmin olunmayıb.

Elnur Nəhmətovun vəkili kasasiya şikayətində qeyd edib ki, müvəkkilinin əməlində Cinayət Məcəlləsinin 124.1 və 221.2.1-ci maddələrinin tərkibi yoxdur, həmin maddələr üzrə ona bəraət verilməlidir.

Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə prokurorun apellyasiya protesti və təqsirləndirilən şəxslərin vəkillərinin apellyasiya şikayətlərinin heç biri təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazı qalan prokuror apellyasiya protesti verib. Prokuror təqsirləndirilən Elnur Nəhmətovun cəzasının ağırlaşdırılmasını istəyib.

Həmçinin təqsirləndirilən şəxslər də cəzadan narazı qalıblar. Elnur Nəhmətov cəzasının daha yüngül cəza ilə əvəz edilməsini, digər təqsirləndirilən şəxslər isə barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

mersin escort