“Bundan məmurlar nəticə çıxarmalıdırlar ki, övladlarını hərbi xidmətdən yayındırmasınlar”

“Mən Heydər Əliyevə əsgəri xidmətində möhkəm can sağlığı arzulayıram. Bu, vətən borcudur və mən əminəm ki, o, öz vətən borcunu ləyaqətlə yerinə yetirəcəkdir”
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin oğlu Heydər Əliyevin həqiq hərbi xidmətə getməsi məmurlara və onların övladlarına daha sadə həyat tərzi keçirmələri üçün növbəti nümunəvi addım oldu.
Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Moderator.az-a açıqlamasında  Heydər Əliyevin bir Azərbaycan vətəndaşı kimi hərbi xidmətini ləyaqətlə yerinə yetirəcəyinə əminliyini vurğuladı:
“Əlbəttə, dünən Heydər Əliyevin hərbi xidmətə getməsini telekanallarımızda məmnuniyyətlə izlədim. Ölkə prezidenti bütün sahələrdə olduğu kimi, eyni zamanda övladının Azərbaycan vətəndaşı olaraq üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün bir ata olaraq, iradəsini ortaya qoydu. Burda da öz nümunəsini göstərdi. Bundan bütün məmurlar nəticə çıxarmalıdırlar ki, övladlarını müxtəlif bəhanələrlə hərbi xidmətdən yayındırmalı deyillər. Ölkə prezidenti bu nailiyyəti bütün sahələrdə nümunə olaraq göstərir. Bu da növbəti bir nümunənin göstəricisi oldu. Mən Heydər Əliyevə əsgəri xidmətində möhkəm can sağlığı arzulayıram. Bu, vətən borcudur və mən əminəm ki, o, öz vətən borcunu ləyaqətlə yerinə yetirəcək. Əsgəri xidmətini başa vurduqdan sonra o, bir Azərbaycan vətəndaşı kimi özünün istedadını, qabiliyyətini, bütün imkanlarını Azərbaycan dövlətinin möhkəmlənməsinə, xalqın maraqlarının təmin olunmasına səfərbər edəcək və bu istiqamətdə ciddi töhfələrə imza atacaq”.

mersin escort