ABŞ-da şəhər satışa çıxarıldı – VİDEO

ABŞ-ın Corciya ştatının Tumsboro şəhəri satışa çıxarılıb.

Bu barədə “NBC New York” məlumat yayıb.

Cəmi 1,7 milyon dollara alıcı şəhərdəki bütün yaşayış evlərinə, eləcə də restoran, hotel, dəyirman və opera teatrına sahib çıxacaq.

Bundan əlavə şəhərdə banket zalı, pambığın saxlanılması üçün anbar, bərbərxana, qədim bank binası, 1869-cu ildə tikilmiş dəmiryolu deposu, süni gölməçə və artezian quyusu var.

Qeyd edilir ki, Tumsboro şəhərinin qiyməti Nyu-Yorkun mərkəzində bir mənzilin qiymətinə bərabərdir. (oxu.az)

mersin escort