Azadlıq nədir? Bu sualın cavabı, fikrimizcə, “yoxluq nədir?” sualının cavabıyla eynidir.

Azadlıq o qədər olmayan, ola bilməyən bir məsələdi ki, heç Platonun ideyalar aləmində ideya, anlayış statusunda da onun yeri mümkün deyil.

İnsan həmişə xarici faktorlardan asılıdı – təkcə əməlində deyil, düşüncəsində də. Bu asılılğın nisbətən çox, nizbətən az olduğu hallar var. Yəni azadlıq ayrıca fakt, ayrıca özəllik, ayrıca rəng kimi yoxdur, köləliyin çalarlarından biridi.

Dərsliklərdə “azadlıq”ın təriflərindən biri də bu ki, azadlıq – dərk olunmuş zərurətdir. Bu tərifdə əslində “azadlıq” sözü əsas mahiyyətə qondarmadı, calaqdı, dil hadisəsidi: yəni azadlıq deyilən bir şey yoxdu, sadəcə dərk olunmuş zərurət var.

“Mənim azadlığımın sərhədi sənin azadlığının sərhədində qurtarır” kimi təyinlərin heç bir anlamı yox. Olmayan bir şeyin sərhədi olmur. Bu təyinin alt qatlarında gizlənmiş əsl həqiqət odur ki, sadəcə, birgəyaşaış prinsipinə, icma halında varolmanın optimal qaydasına (qaydasına!) ali-ülvi-mənəvi don geyindirmişik.

Salam Sarvan

P.S Bu mövzuda geniş təhlilimiz yaxın vaxtlarda geniş yazıda…