“O, poeziyamızda Türkçülüyü, Turançılığı təbliğ edən gözəl şairlərimizdəndir”

Bu gün tanınmış şair Rüstəm Behrudinin doğum günüdür. R.Behrudi 1957-ci ilin bu günü Ordubad rayonunun Behrud kəndində anadan olub.
Filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli Moderator.az-a açıqlamasında R.Behrudi yaradıcılığından söz açaraq, onu təbrik etdi:
“Rüstəmi doğum günü münasibəti ilə təbrik edirəm. Onunla Naxçıvandan Bakıya gəlib “Yazıçı” nəşriyyatında işlədiyi vaxtdan tanışam. Həmin vaxtı mənə də rəy yazmaq üçün kitablar verirdilər. Orda da Rüstəmlə tez-tez qarşılaşırdıq. O, bizim poeziyada sözün əsl mənasında türkçülüyü, turançılığı, azərbaycançılığı, vətənpərvərliyi təbliğ edən ən gözəl şairlərimizdəndir. Həm də onun düşüncəsində bir sufi təsəvvürü, Nəsimilik meylləri var və təbii ki, onun poeziyası sənətkarlıq baxımından da adamı cəlb edir. Adama elə gəlir ki, o, Nəsimidən və ya Şabanlıqdan yazanda nəyisə təkrar edə bilər, amma görürsən ki, yox, öz fikirləridir. Ona uğurlar arzulayıram”.
V.Yusifli Rüstəm Behrudidən incidiyini də gizlətmədi:
“Ondan incikliyəm, çünki son kitabları çapdan çıxıb və mən onun köhnə dostlarından biriyəm, az-az görüşürük. İstəyirəm ki, çapdan çıxan son kitablarından  mənə də göndərsin”.

mersin escort