“Torpağımda düşmən gəzir,ölürəm…”-Elçin Bağırovun şeirləri

Müstəqil.Az şair Elçin Bağırovun yeni şeirlərini təqdim edir:
QARABAĞIM, AĞLAMA
Düşünmə ki, çəkdiyini bilmirəm,
Qara baxtlı Qarabağım, ağlama.
Əlim çatmır, göz yaşını silmirəm,
Qara baxtlı Qarabağım, ağlama.
Neçə ildir gözüm yola dikilir,
Göz yaşlarım bulaqlardan tökülür,
Çarəsizəm, bağrım başı sökülür,
Qara baxtlı Qarabağım, ağlama.
Qağ başını duman alıb o vaxtdan,
Həsrət ilə boylanıram uzaqdan,
Duyan varmı, şikayət et bu baxtdan,
Qara baxtlı Qarabağım, ağlama.
Nə çəkirsən namərd əldə, bilirəm,
Düşündükcə gözdən yaşı silirəm,
Torpağımda düşmən gəzir, ölürəm,
Qara baxtlı Qarabağım, ağlama.
 
Mübarizlər ölməyiblər, sağdılar,
Ruhu bizdə, arxamızda dağdılar,
Görərsən ki, hayı bir gün boğdular,
Onda gülər sənin baxtın, ağlama,
Qara baxtlı Qarabağım, ağlama.
ELƏ BIR ŞEIR YAZ KI
Elə bir şeir yaz ki,
Mənə təzə iz olsun.
Ürəyimdə alışan,
Ocaq olsun, köz olsun.
Elə bir şeir yaz ki,
Ürəyini oxuyum.
Hisslərini qəlbimə,
Ilmə-ilmə toxuyum.
Elə bir şeir yaz ki,
Onda Vətən danışsın.
Oxuduqca yurd eşqi,
Ürəyimdə alışsın.
Elə bir şeir yaz ki,
Gəlsin dənizin səsi.
Dağların, meşələrin,
Gül ətirli nəfəsi.
Elə bir şeir yaz ki,
Dayansın küləklər də.
Əbədi yuva qursun,
Yaşasın ürəklərdə.
DÖZÜRƏM, ALLAH
Sevincimi itirmişəm,
Gəzirəm, Allah, gəzirəm.
Dəli olub, dağı, daşı,
Gəzirəm, Allah, gəzirəm.
Ömür sevinc xülyasında,
O, iynə ot tayasında,
Düşüb qəmin dəryasında,
Üzürəm, Allah, üzürəm.
Dərd, qəm sarıb hər yanımı,
Zülmət edib sübh, danımı.
Dərd içində öz canımı,
Üzürəm, Allah, üzürəm.
Mənim kimi bəxti kəmə,
Dərd çox düşüb, deyim kimə?
Dərdimi öz ürəyimə,
Süzürəm, Allah, süzürəm.
Dərdim böyük uca dağdan,
Yoruldum dərd daşımaqdan.
Bu zülümlə yaşamaqdan,
Bezirəm, Allah, bezirəm.
Yox bir səbəb dolanım şad,
Bu dünyada qalmayıb dad.
Bu nə ömür, bu nə həyat?
Dözürəm, Allah, dözürəm.
Yox bir səbəb dolanım şad,
Bu dünyada qalmayıb dad.
Bu nə ömür, bu nə həyat?
Dözürəm, Allah, dözürəm.
GIRSIN MEYDANA
 
Vətən düşmən əlində,
Ərlər girsin meydana.
Çaqqalları məhv edən,
Şirlər girsin meydana.
Şəhidlərin qanları,
Səsləyir vicdanları.
Qovmağa madyanları,
Nərlər girsin meydana.
Hədlərini aşıb çox,
Düşmən bizə gəlir xox.
Sakitlər, fağırlar yox,
Kürlər girsin meydana.
Çəkişir əyri düzlə,
Gəzirik qara üzlə.
Ruhu tərpədən sözlər,
Dürrlər girsin meydana.
Üzdü bizi ətalət,
Səbri boğaq nəhayət.
Vermək üçün məsləhət,
Pirlər girsin meydana.
 
NAZ ELƏ
 
Eşq süzülür gözündən,
Gülüm, mənə naz elə.
Doymuram ki, nazından,
Yenə, yenə naz elə.
 
Ürək badə, eşq şərab,
Süz eşqdən, dolsun bu qab,
Nazsız necə edim tab,
Dönə-dönə naz elə.
 
Naza basılıb könül,
Eşqdən asılıb könül,
Ruha qısılıb könül,
Qıyma dönə, naz elə.
 
Aşiq olmuşam deyə,
Ruhum ucalıb göyə,
Qoyma göydən enməyə,
Sən sevənə naz elə.
 
Ay qaraqaş, qaragöz,
Saldın ürəyimə köz,
Sinəmdə qaynayır söz,
Bu Elçinə naz elə.
 
VALLAH
 
Ruhumu eşqinə bükəndən bəri,
Yaman xəstələnib, bilirəm, Vallah.
Qan tökür gözündən sinəmdə ürək,
Hamının üzünə gülürəm, Vallah.
 
Kağız qayıq idim eşq sularında,
Üzürdüm hisslərin arzularında.
Səni görən gündən yuxularımda,
Sevgi limanına gəlirəm, Vallah.
 
Sən dönüb sevgiyə qəlbdə bitəndən,
Ruh məni tərk edib sənə gedəndən.
Eşq mənim ömrümü viran edəndən,
Axır göz yaşlarım, silirəm, Vallah.
 
Axı kim deyir ki, sözdür məhəbbət?
Ürəyi yandıran közdür məhəbbət.
Bu aşiq qəlbimi üzdü məhəbbət,
Daha can qalmayıb, ölürəm, Vallah.

mersin escort