Gürcüstandan gözlənilməz addım: çadraya qadağa…

Gürcüstanda ictimai yerlərdə niqab və çadranın qadağan olunması ilə bağlı qanun layihəsi hazırlanıb.

Müstəqil.Az xəbər verir ki, qanun layihəsini Gürcüstan parlamentinin Vətənpərvərlər Alyansı Partiyasının deputatı Emzar Kvitsiani hazırlayıb. Layihə yaxın günlərdə parlamentin müvafiq bürosuna təqdim olunacaq.

Layihəyə əsasən, meydan, park, ictimai nəqliyyat növləri və digər yerlərdə niqab və çadradan istifadəyə görə 500 lari (190 dollar) məbləğində cərimənin tətbiq olunması nəzərdə tutulub. Niqab və çadradan təkrar istifadəyə isə 1500 lari (572 dollar) məbləğində cərimə tətbiq edilə bilər.

Üzü bağlayan geyimlərə qadağa Gürcüstanda akkreditasiya olunmuş diplomatik korpusların əməkdaşlarına şamil edilməyəcək.

Sənəddə qeyd olunub ki, düzəlişlərin hazırlanması son illər Gürcüstana gələn turistlərin sayının artması ilə bağlıdır. Belə ki, üzü bağlayan geyimlər şəxsin tanınmasına imkan vermir və bu da terrorizm təhlükəsi yaradır.

Müstəqil.Az 

mersin escort