Azərbaycanlı musiqiçilər cümhuriyyətin 100 illiyi münasibətilə Buenos Ayresdə möhtəşəm konsert verdi – FOTO

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Buenos Ayresdə konsert təşkil edilib.

Müstəqil.Az Publika.az-a istinadla  xəbər verir ki, Azərbaycanın Argentinadakı Səfirliyinin dəstəyi ilə Buenos Ayres şəhərində italyan arxitekturasının əzəmətli nümunələrindən biri və əsas musiqi mərkəzi olan Usina Del Artenin səhnəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş caz gecəsi keçirilib. Konsertdə Latın Amerikası turu çərçivəsində Azərbaycanın Əməkdar Artisti, 43-cü Montrö Caz Festivalının qalibi, pianoçu və bəstəkar İsfar Sarabski və qrupu, o cümlədən tarzən Şəhriyar İmanov çıxış edib.

İ.Sarabskinin pianinoda möhtəşəm və əsrarəngiz ifasında “Prelude” (İ.Sarabski), “Limping Stranger” (İ.Sarabski), “Swan Lake” (P.Çaykovski), “Be Witched” (R.Rocers), “Planet” (İ.Sarabski) əsərləri auditoriya tərəfindən böyük maraq və heyranlıqla qarşılanıb. Daha sonra solo ifa üçün səhnəyə dəvət olunan tarzən Ş.İmanov tarda muğam və müasir musiqinin vəhdətini ehtiva edən “Crying waterfal” (Ş.İmanov) kompozisiyasını tamaşaçılara təqdim edib. Argentina auditoriyası üçün yeni olan tar musiqi alətində ifalar sürəkli alqışlarla müşayiət olunub.

Konsertin sonunda ifaçılar birlikdə “The Edge” (İ.Sarabski) və “Novruz” (İ.Sarabski) əsərlərini səsləndiriblər. Azərbaycan musiqiçiləri və musiqisinin möhtəşəmliyindən heyrətlənən auditoriya ifaçıları bir neçə dəfə yenidən səhnəyə dəvət edib.

mersin escort